kirpi

Kirpi, porsuq, ayı, ilbiz əti xəstəliklərə dərmandırmı?

Baxış sayı: 151

Xalq təbabətində bəzi qeyri-ənənəvi, yeyilməyən heyvan ətindən, yaxud yağından istifadə edilir. Məsələn, porsuq əti və piyi bronxial asma, vərəm və s., kirpi əti nəfəs yolları xəstəliklərinin müalicəsi zamanı qəbul edilir. Bundan  əlavə,  yel  xəstəliyi  olan  adamlara  da  yedizdirirlər.

İlan yağı ənənəvi Çin tibbinin dərmanlarındandır. Ağrıkəsici xassəyə malikdir. Ən çox revmatoid artrit və oynaq revmatizmlərində istifadə edilir. Saç tökülməsində, o cümlədən saç qıranların yaranmasının qarşısının alınmasında da istifadə edilir. Saç dibində qanın hərəkət etməsində faydalı təsiri olduğu düşünülür.

İlbizlər özünə xas ifrazatı ilə boyundan böyük işlər görür. Bu ifrazatların hüceyrə yeniləmə xüsusiyyəti var. Bundan əlavə, ifrazat vasitəsilə ölü cildin təmizlənməsində də istifadə edilir. Dərinin qocalmasını gecikdirən təsiri də aşkarlanıb.

salyangoz ile ilgili görsel sonucu

Keçmiş zamanlarda xəstə uşaqların və vərəmli xəstələrin sağalması üçün eşşək südündən də istifadə edilib. Dəvə südü də vitamin və proteinlə olduqca zəngindir. Belə ki, dəvə südündə inək südündən üç dəfə çox C vitamini və 10 dəfə çox dəmir, B vitamini var. Bundan başqa dəvə südü maqneziumla da zəngindir. Misir kraliçası Kleopatranın hər gün dəvə südü ilə çimməsi barədə əfsanələr var. Mavritaniyalı xanımlar da sifətlərinin gözəl olması üçün hər zaman dəvə südü içirlər. Ümumi tibdə dəvə südündən yüz illərdir ki, diabet xəstəliyinin müalicəsində də istifadə edilir.

Daha bir neçə heyvan var ki, onlardan xalq təbabətində istifadə edirlər. Maraqlıdır, tibb elmi buna nə deyir?

Vasif İsmayıl: ile ilgili görsel sonucu

Tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hesab edir ki, hər hansı bir xəstəliyin müalicəsində hər hansı bir heyvan ətinin heç bir faydası yoxdur: “Porsuq piyinin, kirpi ətinin müalicəvi mənada qoyun, inək ətindən elə bir fərqi yoxdur. Sözsüz ki, heyvanların əti bir-birindən fərqlənir. Keçi əti qoyun ətindən, qoyun əti inək ətindən və s. Bu heyvanların ətində fərqli nə ola bilər ki? Zülallar, mikroelementlər ola bilər. Onlar hamısı həb, toz formasında bütün apteklərdə satılır. Müalicə üçün hər hansı bir heyvanın ətini yeyilməsinin heç bir faydası yoxdur”.

V.İsmayıl onu da vurğulayır ki, bu cür yanlış məlumatların hamısı Çindən gəlib: “Çin təbabətində belə bir fikir var, bəzi heyvan ətlərinin faydası var. Deyirlər ki, biz nəyi yeyiriksə, ona dönürük. Məsələn, qartal əti yesək, qartal kimi yaxşı görməyə başlayırıq. Yaxud, güclü olmaq üçün şirin ətini yemək lazımdır. İldə 600-ə yaxın ayını 30-35 il qəfəsdə saxlayırlar, hər ay da ödünü çəkirlər, heyvana əziyyət edirlər. Ayı ödünün nəyəsə faydası olduğunu araşdırılıbmı? Bunlar hamısı Çindən gəlmiş axmaq ideologiyadır. Bu yolla heyvanları sui-istifadə edirlər. Düzdür, keçini, qoyunu, inəyi kəsirik, amma biz bunu yeyirik, kefdən etmirik. Və biz kəsdiyimiz qoyunu özümüz yetişdiririk. Amma vəhşi heyvanları güclü olmaq, yaxşı görmək üçün öldürmək faunanı məhv eləməkdir. Üstünü vurğulayaraq deyirəm, bunlar hamısı axmaq Çin ideologiyasıdır, bizə İpək yolu ilə gəlib”.

 

Ləman Mustafaqızı,
“Yeni Müsavat”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir