Kisi

Kişilər əzələli görünmək üçün hansı geyimləri geyinməlidir? – 3 QAYDA

Baxış sayı: 167

İstər əzələlərdən ibarət olaq, istərsə də adi bədənə sahib olaq yenə də daha çox əzələli görünmək istəyirik. Bəs geyindiyiniz paltarlar sizi olduğunuzdan kiçik göstərirsə nə etməlisiniz? İlk olaraq buna icazə verməməlisiniz.

“Gencaile.az” “Publika.az”-a istinadən daha da çox əzələli görünməniz üçün geyiminizdə fikir verməli olduğunuz 3 qaydanı sizə təqdim edir.

 

1) Tikiş yerlərinə diqqət edin!

Tişörtlərinizin çiyinlərindəki tikiş xətlərinə diqqət edin. Tikişlər aşağıya doğru sallansa tişörtünüzü dolduracaq qədər iri bədənə sahib olduğunuzu göstərə bilməyəcəksiniz. Lakin əgər tikişlər çiyin hissədə oturursa ya da üzərində dayanırsa, çiyinlər daha geniş görsənəcək. İnsanlar sizin tişörtünüzə sığa bilməyəcək qədər böyük olduğunuzu düşünəcəklər.

2) Üstünüzə tam oturan modellər seçin!

Üstünüzə düzgün oturan köynək biseps və sinə əzələlərinizi göstərəcək. Lakin bədəni qucaqlayan paltarlarla dar paltarlar arasında bir fərq var. Qol və çiyinlərinizi qucaqlayan lakin orta gövdənizi sıxmayan bədən ölçülü paltarlar seçin. Hər zaman pambıq materialdan olan tişörtlər seçin. Bu köynəklər əzilmir və gövdənizi tam yaxşı göstərir.

3) Strateji bir formanı seçin!

Üfüqi xəttlər sizi daha iri, şaquli xəttlər isə daha uzun göstərir. Hədəfiniz daha böyük görünməkdirsə, gövdənizə yayılanları seçməlisiniz.Üstü daha tünd, aşağıya doğru rəngi açılan tişörtrləri seçə bilərsiniz. Sinə və çiyinlərinizi örtən tünd tonlar sizi daha əzələli göstərəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir