kisi

Kişilər öz görünüşlərinə necə qulluq edirlər?

Baxış sayı: 917

XXI əsrdə artıq kişinin meymundan bir az fərqlənməyi yetərli deyil. Kişi gözəlliyinin standartları dəyişilib və indi baxımlı, səliqəli, görünüşünə fikir verən kişilər dəbdədir. Camaat arasında onlara “bomba oğlan” deyirlər. Kişilərin gözəlliyi ilə ixtisaslaşmış barberşoplarda məşğul olurlar. Beləliklə, kişilər öz görünüşlərinə necə qulluq edirlər?

 

SAÇ DÜZÜMÜ

Kişidə ən çox saç düzümü diqqəti çəkir. Saçlar təkcə təmiz yox, həm də səliqəyə salınmış olmalıdır. Yeri gəlmişkən, kişilər qadınlara müqayisədə bərbərlərə iki, bəzən də üç dəfə çox müraciət edir. Çünki saçları uzanmış kişi səliqəsiz görünür. Amma hər şeylə yanaşı, saç düzümü dəbli olmalıdır. Hazırda “feyd” saç düzümü trenddədir. Bəziləri onu “Kanada” tərzinin müasir variasiyası adlandırır. Əsas fərq səliqəli qırxılmış gicgahlardır, tüklər başın yuxarı hissəsinə doğru uzanırlar.

Bəs əgər saç bərbad gündədirsə və təmiz qırxılmış başdan başqa, heç bir düzüm yaraşmırsa? Həll olunan məsələdir! İri barberşoplarda saç uzadılması ilə bağlı xüsusi prosedurlar keçirilir. Saçların tökülməməsi üçün isə bərbərlər öz müştərilərinə konkret saç tipinə uyğun şampun məsləhət görürlər.

 

SAQQAL

Əgər saqqalın varsa, bütün qızlar “hə” deyəcək! Məhz bu ümidlə bir çox oğlanlar təraş etməyib saqqal uzadırlar ki, brutal olsunlar. Amma saqqala qulluq etmək asan iş deyil. Ona daima əl gəzdirmək, düzgün yumaq və kantı səliqəyə salmaq lazımdır. Ev şəraitində bu, həmişə asan deyil, odur ki, yerli bərbərlər həmişə iş başındadır. Əksər ustalar elektrik ülgücü ilə işləyir, amma əsl peşəkarlar yalnız tiyəli ülgüclə.

Amma barberşoplarda elə müştərilər olur ki, üzlərində tük örtüyü olmasa da, gur saqqal istəyirlər. Onların da probleminin həlli tapılır. Barberşoplarda sizə bir sıra xüsusi məlhəmlər təklif olunacaq, onlardan istifadə edərək cazibədar saqqala sahib olacaqsız.

 

BURUN VƏ QULAQLAR

Kişilər saç və saqqala yaxşı qulluq eləsələr də, qulaq və buruna daha az diqqət ayırırlar. Məsələ burasındadır ki, məhz bu nahiyələrdə əmələ gələn kiçik tüklər “bomba oğlana” xas olan estetikliyi “öldürür”. Belə problemlər çıxmasın deyə, kişilər xoşagəlməz, bəlkə də çarəsiz bir addım ataraq, burun və qulağın mumla təmizlənməsinə əl atırlar. Mum xüsusi qara məcundur, onu bədənin müəyyən hissələrinə çəkirlər. Sonra o, quruyur və plastilinə oxşar yapışqan kütləyə çevrilir. Maddə bərkiyən kimi onu burun pərlərindən və ya qulaqlardan qəfil qopardırlar. Mumla bərabər lazımsız tüklər də qopur.

Kişilərin qulaqlarını təkcə tüklərdən yox, həm də yığılmış çirkdən təmizləyirlər. Və kişi qulaqları qulaq çöpü ilə deyil, alovla təmizlənir. Qulağa xüsusi qulaq şamı salınır və yandırılır. Nəticədə bütün çirk çölə çıxır, eşitmə isə xeyli yaxşılaşır.

 

ÜZÜN TƏMİZLƏNMƏSİ

Kişi üz dərisinə qulluq etməyə yox deməz. Civzələr, qara nöqtələr və bir çox şeylər də kişini narahat edir. Əksər barberşoplarda xüsusi aparatlar var, onlar buxar vasitəsilə üzü təmizləyir. Daha dərin təmizləmə üçün elektrolizis istifadə olunur və kosmetoloji maskalar çəkilir.

 

DIRNAQLAR

Saçınızı kəsdirib saqqalınıza düzüm verdizsə, qulaqlarınızı və üz dərinizi təmizlədizsə, dırnaqlar haqqında düşünməyin vaxtı çatıb. Qadınlar kişilərin dırnaq vəziyyətlərinə çox vaxt fikir verirlər. Uzun və çirkli dırnağa sahib olmaq bağışlanmazdır. Odur ki, kişi barberşopun kreslosunda istirahət edərkən, mütəxəssislər onun əl və ayaqlarındakı dırnaqlarla məşğul olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir