menzil

Koronavirus mənzil bazarına necə təsir edir? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 215

Koronavirusun durğunluq yaratdığı sahələrdən biri də mənzil bazarıdır. Karantin rejimi altında insanların evdən çıxmaması və koronavirus təhlükəsinə görə, insanların digər şəxslərlə kontaktdan çəkinməsi, geniş-gəlişin azalması, sosial təcrid kimi amillər mənzil bazarındakı əməliyyatları da sıfıra endirib. 

Dünya bazarında belə bir qanunauyğunluq var ki, adətən, neft ucuzlaşan zaman mənzillərin qiymətinin artması müşahidə olunurdu. Çünki valyutaların dəyərdən düşməsinə qarşı daşınmaz əmlak daha etibarlı yatırım vasitəsi sayılırdı. Lakin son proseslər göstərdi ki, koronavirusun yaratdığı vəziyyət səbəbindən heç neftin 25 dollara düşməsi də mənzil bazarına təsir göstərmədi.

Daşınmaz əmlak məsələləri üzrə ekspert, “MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirdi ki, bu gün Bakı şəhərində mənzil alqı-satqısı sıfır səviyyəsindədir:  “Çünki hamı qapalı ev rejiminə keçib və evə kənar adamları buraxmırlar. Mənzil almaq istəyən adam isə evi gəzib baxmadan ala bilməz. Ona görə də, bu gün bazarda nə satıcı , nə də alıcı yoxdur. Hələ ki, heç bir aktivlik yoxdur və proseslər dayanıb”.

Kanalizasiya sularında axıdılan milyonlar; Bakı yolları alt-üst ...

Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında da durğunluqdur və qiymətlər düşüb: “Əvvəlki qanunauyunluq belə idi ki, neft ucuzlaşanda mənzillərin qiyməti artırdı. Lakin indi bunu demək olmaz, əsas faktor hazırda koronavirusdur. Ancaq əvvəlki illərdə 6-8 ay gecikmə ilə neft birjalarındakı qiymətlərdən asılılıq var idi. Bir kvadratmetr mənzilin qiyməti ilə 1 barel neft arasında 18-26 dollarlıq bir asılılıq var idi. İndi isə dünya koronavirus məsələsi ilə məşğuldur. Ona görə də neft amili arxa plandadır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir