əmzik

Körpələri barmaqlarını sormağa qoymayın!

Baxış sayı: 1. 651

Əmzik uşağı nə qədər sakitləşdirsə də, bundan sui-istifadə etmək də doğru deyil. Onu körpənin qidalanma ehtiyacının qarşısını almaq üçün istifadə etmək yanlışdır. Əmzik ancaq yemək aralarında verilməlidir.

 

Əmziyin üstünlükləri nələrdir?

Bəzi uşaqlar əmmə ehtiyacını barmaqlarını sormaqla ödəyirlər ki, bu da dişlərdə bir sıra problemlərə səbəb olur. Valideynlər əmziyə nəzarət edə bilir, amma barmaq əmməyə nəzarətdə çətinlik çəkirlər. Uşağa əmziyi tərgitdirmək istəsəniz, götürüb zibilliyə ata bilərsiniz, ancaq barmağı ata bilməzsiniz. Son araşdırmalar göstərir ki, əmzik istifadəsi ani beşik ölümünü azaldır.

 

Əmziyin mənfi cəhətləri nələrdir?

Dişlərdə fərqli çürüklərə, qulaq infeksiyalarına  səbəb ola bilər. Ev şəraitində düzəlmiş, müxtəlif şirniyyatlara batırılmış, körpənin boynuna taxılan əmziklər etibarlı deyil və uşağa zərər vermə ehtimalı var.

Ana uşağı əmizdirməmişdən əvvəl əmzik verilməyi məsləhət görülmür. Çünki uşaq ananın döşünü götürməyə bilər. Ancaq prematur (vaxtından əvvəl doğulmuş uşaqlarda) və xəstəxanada uzun müddət qalacaq uşaqlara əmzik verə bilər.

 

Bunlara diqqət etmək lazımdır:

Uşaq acdırsa, əmziklə başını qatmayın.

Uşağın ac olub-olmadığını əmzik verməmişdən əvvəl anlamağa çalışın.

İstifadədən əvvəl əmziyi təmizləyin.

Qaynadılmış suda 5 dəqiqə saxlayın və soyuduğuna əmin olandan sonra körpəyə verin.

Əmziyi həmişə təmiz saxlamağa çalışın, isti suyla tez-tez yuyun.

Əmzikdə deşiklər, yırtıqlar varsa, yoxlayın. Bəzən ailələr uşağa dərman içirəndən sonra əmzik verirlər. Məsələn, ağrıkəsicilər, antibiotiklər və s. Bu dərmanlar əmzikdə çatlamalara səbəb ola bilər. Belə bir çat varsa, mütləq atın.

Çalışın əmziyi iki aydan bir yeniləyəsiniz.

Əmziyi heç bir halda şəkərə, yaxud bala batırmayın. Bunlar dişlərdə zədə əmələ gətirə bilər. Bal “botulizm” adlanan qida zəhərlənməsinə səbəb olar.

Əmziyi qətiyyən uşağın boynuna bağlamayın. İp uşağın boynuna dolanıb boğulmaya yol açar. Ondansa sancaqla paltarına bərkidin.

Yeriməyə başlayan və ya iməkləyən uşağa daha az əmzik verin. Nitq və diş inkişafında ləngiməyə yol aça bilər.

Uşağın əmziyi çeynəməyinə icazə verməyin, parçalanıb nəfəs borusuna getməyinə səbəb olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir