Ogurluq

Küçədə qarət olunmaqdan necə qorunmalı? – 10 MƏSLƏHƏT

Baxış sayı: 382

Son zamanlar Bakıda cibgirlərin sayı sürətlə artıb. Avtobusda, metroda, mağazada… hər yerdə, amma hər yerdə ehtiyatlı olmaq lazımdır.  Məsələn, keçən il Rusiyada 44 min cibgirlik hadisəsi qeydə alınıb. Bakıda isə yanvar ayı başlayandan bu günə qədər 279 oğurluq hadisəsi qeydə alınıb. Bu, şəxsi və dövlət əmlakının oğurlanması faktlarının əksəriyyətini xırda oğurluqlar təşkil edir.

Bu qanun pozuntularından 24-ü “isti izlər”lə açılıb. Bununla yanaşı, yanvarın əvvəlindən indiyə qədər ötən il ərzində baş vermiş oğurluq hallarının 14-nün üstü açılıb. Təkcə ötən sutka ərzində Bakıda 42 oğurluq və iki quldurluq hadisəsi qeydə alınıb. Səbayel Rayon Polis İdarəsindən “Sputnik Azərbaycan”a verilən məlumata görə, Neftçilər prospektində yerləşən Park Bulvar Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib. Ticarət Mərkəzindəki mağazalardan birinin kassasından naməlum şəraitdə min manat oğurlanıb. 1982-ci il təvəllüdlü Səbinə Məmmədova bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib. O qeyd edib ki, oğurluq yanvarın 7-dən 8-nə keçən gecə baş verib. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. İstintaq tədbirləri görülür. Bununla yanaşı, Xətai Rayon Polis İdarəsinə daxil olan məlumata görə, rayon ərazisində cibgirlərin fəallığı artıb. Onlar əsasən marşrut avtobuslarında camaatın ciblərini soyurlar.

Xətai RPİ-dən verilən məlumata görə, yanvarın 8-də 81 nömrəli marşrutda 2001-ci il təvəllüdlü Gülşən Qurbanova soyulub. Naməlum şəxs onun çantasından mobil telefonunu oğurlayıb. Elə həmin gün 36 saylı marşrutun sərnişini Süniyə Babayevanın içində 370 manat, bank kartları və şəxsiyyət vəsiqəsi olan pul kisəsi oğurlanıb.

Ümumiyyətlə, araşdırmalar sübut edib ki, bir çox qurbanlar qarət olunduqlarını yox, pullarını, telefonlarını və digər dəyərli əşyalarını haradasa unutduqlarını, ya da itirdiklərini düşünürlər. Əslində bu, psixoloji məqamdır. İnsan qarət olunduğunu yox, nəyisə itirdiyini düşünməklə daha çox rahatlıq tapır. Amma gəlin düşünək, “Yeni Müsavat” Rusiya mətbuatına istinadən sizi oğrulardan, cibgirlərdən qorumağın yollarını göstərir. Beləliklə, sizi yolda, nəqliyyatda, mağazada oğrular necə qarət edə bilər və onlardan necə sığortalanmaq mümkündür?

 

Xəbəriniz olmadan cibinizə girənlər

kapkaç ile ilgili görsel sonucu

Bəzi geniş yayılmış düşüncələrin əksinə olaraq, oğrular və cibgirlər ümumiyyətlə, hipnoz ustaları və sehrbaz deyillər. Onların əsas xüsusiyyəti situasiyanı analiz etmələridir. Sizin dəyərli bir əşyanızı oğurlamaq üçün onu harda gizlətdiyinizi bilmələri çox vacibdir. Bunun onlara siz göstərirsiz. Məsələn, bankomatdan pulunuzu götürəndə və ya mağazada hesabı ödəyəndə cibgirlər sizi diqqətlə müşahidə edə bilər. Onlar bu zaman sizə potensial qurban gözü ilə baxırlar.

Oğruların daha optimal üsulları da var. Məsələn, bir vaqona daxil olur, bir müddət müşahidə aparır və birdən qışqırırlar: “Mənim pul qabımı oğurladılar”. Bu zaman avtomatik olaraq bütün insanlar pulqablarını qoyduqları yeri yoxlayırlar. Görəsən onlar da qarət olunublarmı deyə… Artıq cibgir hər kəsin pulqabısını harda gizlətdiyini öyrənir və beləcə işi asanlaşır. Bu zaman kimin pulqabısının daha asan yerdə olduğunu bilmək ona daha rahat olur. Həmin adamın yanında dayanır və işini görür.

İlgili resim

Yeri gəlmişkən, getdiyiniz xarici ölkələrdə turistlər üçün bir çox yerlərdə “özünüzü cibgirlərdən qoruyun” xəbərdarlığı olan lövhələr yer alır. Bu lövhələrin yaxınlığında isə əsasən cibgirlər dayanır. Çünki turistlər bu yazını oxuyan kimi avtomatik olaraq pulqablarını yoxlayırlar və cibgirlər də kimin pulunun harda olduğunu bilərək, daha rahat plan qurur.

 

Çantanı və ya cibini kəsən cibgirlər

Bu üsulu isə “Görüş yerini dəyişmək olmaz” filmində də göstəriblər. Cibgir lezviya (ülgüc), bıçaq və ya daha fərqli kəsici alətdən istifadə edir. Bu zaman o, sakitcə, qurbanın ruhu belə duymadan çantasını və ya cibini kəsir, rahatlıqla pulunu götürür. Düzü, hazırda bu üsul köhnəlmiş sayılır. Çünki cibgirlər yaxalandlqları halda özləri üçün öncədən səbəb uydrururlar.

“Mən heç nə etmədim, sübut edin” tipli özünümüdafiə hər zaman işə yarayır. Çünki bunu sübut etmək çox çətindir. Əgər kimsə kənardan telefonla bunu çəkməyibsə. Amma əgər cibində kəsici alət varsa, bu zaman işlər çətinləşir. Kəsilmiş cib və ya kəsilmiş çanta ortadadırsa, bu zaman cibində kəsici alət olan şəxs avtomatik suçlu sayılır.

 

Sizinlə qələbəliyin içində toqquşanlara diqqət!

Bu üsul da cibgirlər üçün çox geniş yayılmış sayılır. Hesab edin ki,siz qələbəliyin içində tanımadığınız adamla toqquşmusuz. Ya da o, sizinlə toqquşub. Bundan sonra olduqca mədəni şəkildə sizdən üzr istəmələr, əlinizdən tutmalar, gözünüzün içinə diqqətlə baxmalar… başlanır. Təbii ki, bu anda sizin bütün diqqətiniz üzr istəyən, guya ki, xəcalətindən ölən cibgirin bu halını aradan qaldırmağa yönəlir. Halbuki həmin anlarda o, sizin diqqət yayğınlığınızdan istifadə edib, cibinizdən pulunuzu və ya telefonunuzu oğurlayır. Bu situasiyanın üç tərəfi var. Birincisi, cibgir toqquşma anında artıq sizin pulqabınızı oğurlamış olur. Əli yuxarıdan aşağı doğru gedir və sizin ruhunuz da duymur.  İkincisi, o, sizin yanınızdan “uçaraq” gedərkən cibinizi də “təmizləyir”. Təbii ki, daha ağır variant da var: onlar bəzən iki nəfər olaraq çalışırlar. Biri sizinlə kəskin olaraq toqquşur, siz bu zaman özünüzü düzəltməyə və üzr istəməyə başlayırsız. Bu zaman yanınızdan sürətlə keçən başqa birisi isə sizi soyur. Ya da sizinlə biri toqquşur, bu zaman başqa biri də ona dəyir. Onlar hündürdən dalaşmağa, hətta bir-birini söyməyə başlayırlar. Siz araya girməyə çalışanda isə pulunuzu, telefonunuzu və ya hər hansı zinyət əşyalarınızı itirmiş olursunuz.

 

Xeyirxahlıqdan sui-istifadə etmək

Bu, çox aşağılıq bir üsuldur. Cibgirlər əllərindəki bazarlıq dolu çantanı və ya digər əşyalarını qəsdən yerə atırlar. Sizsə bu anda yardıma möhtac olan bu şəxsə yardım etməyə çalışırsız. Yerə əyilirsiz, yerə düşən əşyaları yığmağa çalışırsız. Bu zaman üst paltarlarınızın yan cibləri də cibgirlər üçün olduqca müsaid, uyğun olur. Necə deyərlər, qarət olunmaq üçün ideal məqam sayılır.

Amma bu, o demək deyil ki, əşyalarını yerə dağıdan şəxslərə kömək etmək olmaz. Bunu etmək lazımdır, amma bəzi qaydaları qoruyaraq. Bu qaydalar barədə aşağıda danışacağıq.

 

Sizinlə yaxın adam kimi yanaşı dayanmaq və…

Bir tərəfdən, çox yaxın təmaslar güvənsizlik hissi yaradır. Amma digər tərəfdən, qələbəlik içində olanda insanlar tez-tez bir-birinə yaxın dayanırlar ki, bu da qeyri-adi qəbul olunmur. Mağazada növbədəsiz və ya bulvarda qələbəliyin arasındasız. Kimsə arxadan sizə yaxın dayanıbsa, bunda anormal bir durum görməyə bilərsiz. Cibgirlər də bundan istifadə edir. Onlarin əl vərdişləri olduqca cəlddir və cəmi bir neçə saniyənin içində sizi qarət edə bilərlər. Sizin bunu hiss etmə ehtimalınız isə olduqca aşağıdır.

 

Sizi valeh edənlər…

Yolla gedirsiniz və birdən çox gözəl, amma içkili bir qız sizi qucaqlamaq istəyir. Və ya gənc bir oğlan. Təbii ki, çox arzuedilməz bir situasiyadır. Qərb ölkələrində insanlar bu durumdan o qədər də narahat olmur və dərhal razılaşırlar. Həmin şəxsin könlünü xoş etmək üçün. Amma bizim kimi mühafizəkar ölkələrdə bu, düzgün qəbul edilmir.

Hesab edək ki, həmin sərxoş, amma çox cazibədar qız-oğlan sizi qucaqladı. Ümumiyyətlə, bu cür cibgirlər daha çox restoran-bar qapılarının yanında dayanırlar. Özləri kimi sərxoş adamları qucaqlayır və bu zaman rahatlıqla onları soya bilirlər. Yeri gəlmişkən, cibgirlər çox nadir hallarda bizim təsəvvür etdiyimiz kimi – çirkli, üst-başından cibgirlik yağan, kriminal ünsür kimi görünürlər. Əksinə, iz itirmək üçün onlar hətta bizdən də yaxşı, səliqəli geyinirlər. Hətta o qədər ki, siz ondan şübhə etdiyiniz üçün özünüzdən utana bilərsiniz.

 

Sizi köhnə dostunuzun yerinə qoymaq

Bu üsulda da bir artistizm var. Belə ki, söhbət ssenariləşdirilmiş cibgirlikdən gedir. Bu halda cibgir sizi ictimai bir yerdə tutacaq və sizi qucaqlayıb, kürəyinizdən vurmağa başlayacaq. Ola bilər ki, arxadan gəlib, gözlərinizi qapatsın və “tap görüm, mən kiməm” deyə soruşsun. Təbii ki, siz gözünüzü açanda və üz-üzə gələndə bir-birinizi tanımayacaqsız. O da bu situasiyaya görə sizdən üzr istəyəcək və yoluna davam edəcək.

Siz bunu olduqca normal bir hal olaraq qəbul edəcəksiz. Təbiidir. Axı siz özünüz də dəfələrlə küçədə-nəqliyyatda bəzi adamları kiməsə oxşatmısız. Amma sizin göz yanılmanızla cibgirinki bir deyil. Birincisi, onun gözü yanılmır. İkincisi də sizin gözünüzü bağlayan zaman o, öz çirkin məqsədlərini həyata keçirmiş olur.

 

Qayğıkeşliyi ilə sizi təəccübləndirənlər

Yolda tanımadığınız adamlar sizə qarşı diqqətcillik və qayğıkeşlik göstərəndə çox təsirlənirsiz. Məsələn, kimsə arxadan gəlir və sizə deyir ki, paltonuz, ya da pencəyiniz çirklənib. Sonra da başlayır onu təmizləməyə. Ya da hesab edək ki, yanında yaş salfet var, onu sizə verir.

Ola bilər ki, hətta təmizliyi də özü etsin. Amma bu, olduqca mənfi haldır. Çünki burda qayğıkeşlikldən əsər-əlamət yoxdur. Sizin dalğınlığınızdan, minnətdarlığınızdan istifadə edib bir neçə saniyə ərzində sizi qarət etmək olduqca asandır. Nəzərə alın: cibgirlər insanların üst-başlarını özləri çirkləndirirlər. Məsələn, əllərindəki bir tabaşirlə və ya çirkli bir əşya ilə. Üzbəüz gələndə fərqində belə olmadan sizin üstünüzü çirkləndirir, sonra da arxanızca düşüb, canfəşanlıq edirlər. Təbii ki, bu, ssenari işidir. Amma sonunda istəklərinə nail olurlar.

 

Əlləri oynatmaq – hipnoz bacarığı…

Bəzi küçə cibgirləri hipnoz qabiliyyətinə də malikdirlər. Məsələn, onlar küçədə sizin qabağınızı kəsə və əllərini sürətlə oynada-oynada nəsə deyə bilərlər. Siz bu zaman onların əl hərəkətinə diqqətinizi cəmləşdirdiyiniz üçün az qala hipnoz olunmuş kimi olacaqsız. Amma bu zaman onlar bir əlləri ilə sizi hipnoz edib, o biri əlləri ilə sizi soya bilərlər. Elm sübut edib ki, insanın diqqəti əldə  konsentrasiya olunub.

Turniketlər – cibgirlərin cənnəti

Turniketlər cibgirlər üçün ən rahat yer sayılır. Burada cibgirin xüsusi əziyyət çəkməsinə də ehtiyac yoxdur. Onlar çox rahatlıqla sizin cibinizə girə, dəyərli əşyalarınızı götürə bilərlər. Aradakı məsafə qısa olduğu üçün bunu etmək də bir əziyyət tələb etmir. Amma bir məqam da var. Siz bu zaman onun hərəkətinin fərqinə vara və dərhal polis çağıra bilərsiniz. Əmin olun ki, bu zaman sizin pulqabınız onun üstündə olmayacaq. Çünki o, tək işləmir. Pulqabını götürən kimi onu yanındakı adama çoxdan ötürmüş olur.

 

Bəs onlardan necə qorunaq?

Yuxarıda yazdığımız bütün hallar hadisənin necə baş verməsi ilə bağlıdır. Amma onları oxuyub, cibgirlərdən necə qorunmaq lazım olduğunu da öyrənmək olar. Aşağıdakı qaydalara riayət etməklə cibgirlərdən qoruna bilərsiz.

Pulqabınızı, telefonunuzu əlçatmaz, çətin yerlərdə saxlamağa çalışın. Onları tez-tez yoxlayıb, özünüzü asan ov kimi göstərməyə çalışmayın.

Daim ayıq-sayıq olun və tanımadığınız adamlarla çox səmimi olmamağa çalışın.

Adamların çox olduğu yerlərdə bel çantanızı belinizdən yox, qabaqdan asmağa çalışın.

Cibgiri ifşa etdiyiniz anda bu barədə polisə məlumat verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir