yemeye ne var

Küftəli qatıq şorbası necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 180

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə küftəli qatıq şorbasının hazırlanmasının qaydasını təqdim edəcəyik.

 

Küftəli qatıq şorbası  üçün lazım olan ərzaqlar:

0.500 kq qiymə,

2 su stəkanı qatıq,

3 yemək qaşığı un ,

3 stəkan  su ,

1 çay qaşığı duz,

2 yemək qaşığı zeytun  yağı ,

2 yemək qaşığı  quru nanə,

1 çay qaşığı pul bibər

KUFTELI QATIQ SORBASI

Küftəli qatıq şorbasının hazırlanma qaydası:

Küftənin  malzəmələrini bir qaba alaraq  gözəlcə yoğurun. Daha sonra kiçik-kiçik  parçalara ayırın. Parçaları iki ovcunuzun içində yuvarlayıb kiçik   küftələr düzəldin. Küftələrin yapışmaması  üçün una bulayın. Üç su stəkanı  suyu bir qazana  alaraq qaynadın. Qaynayan suya küftələri ataraq 10 dəqiqə bişirin. Ayrı bir qabda qatıq və  unu  yaxşıca   qarışdırın. Küftələrin suyundan alaraq qatıqlı una qarışdırın. Hazırladığınız  qatığı  küftələrin üzərinə yavaş -yavaş əlavə edin. Qatığı əlavə edərkən vam odda bişirdiyiniz  şorbanı sürətli qarışdırın. Təkrar qaynayana qədər yavaş -yavaş qarışdıraraq 10 dəqiqə daha bişirin. Bişdikdən sonra duzunu əlavə edin. Sonda isə üzərinə yağda qovurduğunuz pul bibər  və quru nanə əlavə edin. Xörəyi isti  halda servis edə bilərsiniz.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir