biznes plani

Məhsuldar bir gündəlik plan yaratmağın 4 sirri

Baxış sayı: 184

Qeyri-müəyyənlik halı, bir çox insanı narahat və hüzursuz edir. Qayğılı insan olmağımıza gətirib çıxarır. Qeyri-müəyyənliyin yaratdığı bütün neqativ təsirlərə rəğmən yenə də günü planlı və nizamlı keçirmək mümkün olmaya bilər. Çünki insanlar çox vaxt plan qurub, ona əməl etmirlər. Spontan hərəkət etmək daha maraqlı bir seçim kimi görünür. Amma gündəlik plan yaratmaq, həyatın axışını qaçırırmış hissindən uzaqlaşmaq və daha keyfiyyətli gün keçirmək baxımından çox önəmlidir.

Aparılan araşdırmalar göstərmişdir ki, gündəlik plan hazırlamaq, anksiyete və depressiyanı azaldr. Beethoven və Picasso kimi böyük sənətçilərin həyatlarına baxdığımız zaman da görə bilərik ki, məhsuldarlıqlarının sirri onların planlı olmağından gəlir.

 

1) Prioritetləri müəyyənləşdirin

Məhsuldar bir gün planlamaq üçün nəyin sizin üçün önəmli olduğunu bilməklə başlamalısınız. Buradakı prioritetəriniz, təcili etməli olduğunuz işlər olmaq məcburiyyətində deyil. Meditasiya etmək, bir fincan kofe içmək də sizin planınızın önəmli hissələri ola bilər. Buradakı əsas məqsəd məhsuldar çalışa bilmək üçün gündəlik məsuliyyətlərinizi və ehtiyaclarınızı doğru şəkildə sıralaya bilməkdir.

 

2) Səhər saatlarını dəyərləndirin

Bir çox insan səhər saatlarına daha məhsuldar çalışır. Çünki günün sıxlığı başlamadan, enerji səviyyəsi düşmədən və ətrafdakı təsirləyə məruz qalmadan, təmiz zehinlə çalışmaq daha yaxşı fokuslanmağa və yaradıcı fikirlər ortaya çıxarmaq üçün əla zamandır.

 

3) Vaxtı idarə edin

Gündəlik planınızı ilk dəfə tətbiq etməyə başladığınız zamanlarda, müddəti kontrol etməkdə çətinlik çəkə bilərsiniz. Bir saat ayırdığınız bir iş, siz fərqində olmadan 2 saat vaxtınızı ala bilər. Ona görə də planın uzanmasına və sizə özünüzü uğursuz hiss etməyinizə səbəb ola bilər. Bunun qarşısnı almaq üçün görə biləcəyiniz bir yerə saat yerləşdirin və ya telefonunuzun zəngli saatını istifadə edin.

 

4) Planınızı pozmaq məcburiyyətində qaldığınız zaman özünüzü günahlandırmayın

Planlar həyatı nizama salıb, daha müəyyən bir sistem içərisində, özünüzü güvənli hiss etmək üçün önəmlidir. Amma planın pozulması, hər şeyin sonunun gəldiyi mənasına da gəlmir. Plan qurduğunuz gün özünüzü yaxşı hiss etməyə və işlərinizi təxirə salmaq məcburiyyətində qala bilərsiniz. Belə olan halda özünüzü günahlandırmaq yaxşı fikir deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir