film

Maliyyə dünyası barədə ən yaxşı 10 FİLM

Baxış sayı: 900

Maliyyə dünyası, onun dərinlik və çirkabları, Hollivud kino rejissorlarının tez-tez müraciət etdiyi mövzulardandır. Bu filmlər adətən real həyat hadisələrini bədii çalarlar əlavə etməklə olduğu kimi əks etdirir.

İndi isə, maliyyəçilər üçün, xüsusilə maraqlı ola biləcək maliyyə dünyasının sirlərini və zənginliyini təcəssüm etdirən  top-10 filmi təqdim edirik.

 

Wall Street  (1987)

Rejissor: Oliver Stone

Baş rollarda: Charlie Sheen, Michael Douglas, Tamara Tunie, Franklin Cover

Film çəkilməsindən 30 il keçməsinə baxmayaraq bankirlər, brokerlər, analitiklər və tacirlər üçün əsas  komplektləşdirmə aləti olaraq, hələ də öz aktuallığını qoruyub saxlayır.

 

Margin Call (2011)

Rejissor: J.C. Chandor

Baş rollarda: Zachary Quinto, Stanley Tucci, Kevin Spacey, Paul Bettany

Film 2008-ci il maliyyə böhranının ilkin mərhələlərini əks etdirir. Filmdə hadisələr 24 saat ərzində  investisiya bankının iki önəmli şəxsi arasında davam edən danışıq ətrafında cərayan edir.

 

Boiler Room (2000)

Rejissor: Ben Younger

Baş rollarda: Giovanni Ribisi, Vin Diesel, Nia Long, Nicky Katt

Film, fond bazarında investisiya qoymaq istəyənlər üçün informativ  mənbə kimi çıxış edir.

 

The Wolf of Wall Street (2013)

Rejissor: Martin Scorsese

Baş rollarda: Leonardo DiCaprio, Jonah Hill, Margot Robbie, Matthew McConaughey

Filmdə Jordan Belfortun real həyatı əks olunub. Əgər siz, hələ də Skorsun bu filminə baxmamısınızsa deməli, Leonardo DiCaprio və Jonah Hillin karyerları tarixində  ən möhtəşəm performanslarını nəzərdən qaşçırmısınız.

 

Wall Street: The Money Never Sleeps (2010)

Rejissor: Oliver Stone

Baş rollarda: Shia LaBeouf, Michael Douglas, Carey Mulligan, Josh Brolin

Həbsdən yenicə çıxmış Gordon Gekko düşmənlərini əzərək özünün maliyyə imperiyasını qurmaq niyyətindədir. Bu işdə kürəkəni ilə əlaqələr mühüm rol oynayır.

 

Too Big to Fail (2011)

Rejissor: Curtis Hanson

Baş rollarda: James Woods, John Heard, William Hurt, Erin Dilly

Film Andrew Ross Sorkin-in əsəri  əsasında ekranlaşdırılıb. Too Big to Fail 11 Emmy nominasiyası üzrə qalib gəlib.

 

Limitless (2011)

Rejissor: Neil Burger

Baş rollarda: Bradley Cooper, Anna Friel, Abbie Cornish, Robert De Niro

Qəbul etdiyi möcüzəvi həblər sayəsinə baş qəhrəman, beyninin funksiyalarından 100% istifadə edə bilir. Həblərin köməkliyi ilə incəsənət, riyaziyyyat və digər bütün elmlər haqqında mütəşəkkil biliklərə sahib olur. Nəticədə, sadə yazıçı artıq nəhəng maliyyə ekspertinə çevrilir.

 

Deception (2008)

Rejissor: Marcel Langenegger

Baş rollarda: Hugh Jackman, Ewan McGregor, Michelle Williams, Bruce Altman

Mühasib təsadüf nəticəsində, hüquqşünas dostunun məsləhəti ilə “The List” adlı gecə klubuna gedir. Bundan sonra o gənc qadının və milyon dollara yaxın pulun itməsində şübhəli hesab olunur.

 

Shadow Recruit (2014)

Rejissor: Kenneth Branagh

Baş rollarda: Chris Pine, Kevin Costner, Keira Knightley, Kenneth Branagh

Jack Ryan gənc  CİA analitiki, rusların ABŞ iqtisadiyyatını məhv etmək üçün terrorçu hücuma hazırlaşdıqlarını aşkar edir. Hər şey elə bundan sonra başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir