su

Mineral sular dərmandır, yoxsa zəhər? – HƏKİM RƏYİ

Baxış sayı: 535

Mütəxəssislər əksər Avropa ölkələrində mineral sulardan hər gün süfrədə istifadə edildiyini və bunun orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, mineral suların tərkibində olan minerallar orqanizm üçün faydalı hesab edilir. İlk dəfə mineral suların ixracı Karlovı Varı mineral sularının şüşələrə doldurularaq müxtəlif ölkələrə satışı ilə başlyıb. Həmin şəhərin mineral suyunun böyrəklər üçün nə qədər faydalı olduğunu isə bütün dünya tanıyır.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, mineral suların istifadəsinə nə qədər erkən yaşlardan başlanarsa, bir o qədər orqanizm üçün faydalı olar. Hər səhər acqarına 1 stəkan mineral su içmək insanın gün ərzində fəaliyyətinə stumul verir. Belə ki, səhərlər mineral su qəbul edən adam gün boyu fəaliyyətindən asılı olmayaraq gümrah olur.

Nermine Abbasova

Mineral suların orqanizmə faydaları haqda da danışan Nərminə Abbasova aşağıdakıları dedi: “Mineral sular böyrək daşlarının tökülməsinə yardım edir və əmələ gəlməsini ləngidir, qaraciyər daxili öd axalarını, öd kisəsini təmizləyir, dəridəki solğunluğu aradan qaldırır və orqanizmin minerallara olan təlabatını ödəyir.”

Həkim onu da xüsusi vurğuladı ki, sözsüz ki, yuxarıda sadalananlar təbii mineral sularına aiddir. Belə ki, mənbəyi bəlli olmayan və keyfiyyətsiz sexlərdə şüşələrə doldurulan mineral sular sizin üçün fayda əvəzinə zəhərə çevrilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir