22053

Mobil telefonda yaşayanlardan xəbəriniz varmı?

Baxış sayı: 1. 967

Mobil telefonlar, xüsusilə də smartfonlar həyatımızın ayrılmaz, zəruri atributlarından birinə çevrilib. Lakin həmin telefonlar həm də çoxsaylı xəstəliklərin, hətta ölümcül mərəzlərin mənbəyi ola bilər.22053

İngiltərədəki Surrey Universitetinin alimləri və tələbələri mikrobiologiya, habelə kimyada istifadə olunan “Petri fincanı” adlı laborator qabı vasitəsilə iPhone smartfonlarına yığılan bakteriya ilə mikroorqanizmlərin fotolarını çəkiblər.

Fotolar elektron mikroskop vasitəsilə əldə olunub.

Surrey Universitetinin alimlərinin dediklərinə görə, telefondakı bakteriyalar “insan həyatının izləri”ni saxlayırlar.

Mobil telefonlara ən çox mikobakteriyalar və stafilokok bakteriyaları yığılır.

Mikobakteriyalar Koh çöpləri bakteriyaları da doğurur ki, bu da sonradan vərəm xəstəliyinə səbəb olur.

Mobil telefonlardakı bakterial floranın yaranmasında insanın tənəffüs prosesi xüsusi rol oynayır. Belə ki, tələffüs zamanı mobil telefonla danışan adamın burnundakı bakteriyaların bir qismi telefona düşür. Burnun “sədd” rolunu oynayaraq orqanizmə buraxmadığı həmin bakteriyalar mobil telefonda xüsusi bakterial koloniyalar yaradır.

Mobil telefonlarda habelə qızılı stafilokok bakteriyaları da az olmur. Bu bakteriyalar orqanizmin zəhərlənməsi, uzunmüddətli xəstəliklər, impetiqo və hətta sepsisə səbəb olur.

Araşdırmaya rəhbərlik etmiş professor Saymon Parkın dediyinə görə, mobil telefondan çox, sürəkli istifadə edən insanlar hansı təhlükə ilə qarşılaşdıqlarının fərqinə varmırlar.

gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir