mescid

Möcüzə, yoxsa elm: bu məscidə quş qonmur – FOTOLAR

Baxış sayı: 1. 765

Türkiyənin İstanbul şəhərinin Üsküdar qəsəbəsində yerləşən və 430 yaşı olan Şəmsi Paşa məscidinə quş qonmur. “Quşqonmaz” məscidi də adlandıran bu ibadət ocağı Türkiyənin tanınmış memarı Memar Sənanın şah əsərlərindən biridir. Məscid cənub və şimal küləyinin toqquşduğu ərazidə inşa edildiyi üçün quşlar buraya qonmur. Üsküdar sahilini bəzəyən bu məscid öz hekayəsiylə məşhurdur. 1500-cü illərdə Şəmsi Paşa Memar Sənana quşların qonmadığı bir yerdə məscid tikməsini tapmırmış, Sənan isə Üsküdardakı bu yeri seçibmiş. Şimal və cənub küləklərinin toqquşaraq dalğaları hərəkətə gətirdiyi və dalğaların səsindən narahat olan quşların məscidə qonmayacağını düşünən Memar Sənanın seçimi dəqiq idi.

1580-ci ildən əhalinin xidmətində olan bu məscid xalq arasında “Quşqonmaz məscid” olaraq tanınır və Üsküdarın simvollarından biridir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir