valideyn

Müasir dövrdə valideyn-uşaq münasibətləri necə qurulur?

Baxış sayı: 165

Ailə insan cəmiyyətinin tarixi boyunca cəmiyyətin təməli olmuşdur. Aristotel öz dövründə ailəni dövlətin əsasını təşkil edən ünsür adlandırmışdır. Ailəni əvəz edən digər sosial model kəşf olunmamışdır. Ailədə şəxsi məişət formalaşır, tərəflər arasındakı ittifaqın əsasında uşaqlar dünyaya gəlir. Valideyn-uşaq münasibətləri isə mühüm əhəmiyyət kəsb edir.
Müasir dövrdə valideyn-uşaq münasibətləri 3 əsas istiqamət üzrə inkişaf edir:

1) Liberal münasibətlər, yəni laqeydlik;
2) Avtoritar münasibətlər, yəni qəddarlıq, ifrat qadağalar;
3) Demokratik münasibətlər, yəni valideyn və uşaqlar arasında hüquq, söz bərabərliyi və anlaşma.

VALIDEYN

Uşağın erkən yaşlarından ailədə düzgün münasibət qurulmalıdır. Uşağı yalnız sözlə tərbiyə etmək deyil, ona davranışla, münasibətlə örnək olmaq lazımdır. Bəzi valideynlərdə belə bir səhv fikir formalaşmışdır ki, uşaqlar yalnız valideynləri kimi olduqda xoşbəxt ola bilər. Valideynlər uşaqlarına onların xəyallarını gerçəkləşdirə bilən obyekt kimi baxırlar, ona görə övladlarını özlərinin istədiyi istiqamətə yönəltməyə çalışırlar. Bu səbəbdən statistika göstərir ki, 42% hallarda valideynlərlə uşaqlar arasında konflikt yaranır. Belə konfliktlərin yaranmaması üçün uşağın fikrini dinləməyə səy göstərmək, onu başa düşməyə çalışmaq lazımdır. Bu zaman uşaqda özünəinam yaranır və valideyni onun üçün ən gözəl məsləhətçiyə və dayağa çevrilir, beləliklə uşaq öz çətin vəziyyətlərində valideynlərin dəstəyinə arxalanır.

VALİDEYN

Əgər ailədə bir-birinə güvən, qarşılıqlı anlaşma, əməkdaşlıq olarsa, çox mükəmməl ailə modeli və bunun əsasında çox nümunəvi valideyn-uşaq münasibətləri formalaşar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir