sevgi

Münasibətlərinizə sehirli toxunuş edə biləcək 6 TÖVSİYƏ

Baxış sayı: 1. 664

Evlilikdə heç də hər şey davamlı yolunda getməyə bilər. Tərəflərdən asılı olan və ya olmayan səbəblərdən dolayı vaxtaşırı problemlər yarana bilər. Bəs görəsən, bu tip durumlarda münasibətləri necə yoluna qoymaq lazımdır. “Gencaile.az” saytıının “EvliSƏN” rubrikasında məhz bu haqda məsləhətlər verəcəyik.

 

Image result for sevgilinizle akşam yemeği

 

 

Telefonu kənara qoyun

Məsələn, əgər həyat yoldaşınızla nahar və ya axşam yeməyi yeyərkən telefonu əlinizdən yerə qoymur və sosial hesablarınızı gözdən keçirirsinizsə, bu vərdişinizə dərhal son qoymalı və həyat yoldaşınıza vaxt ayırmalısınız. Hətta bəzi cütlüklər həm xoş anlarında, həm də problemli dönəmlərdə bir-birinə fikirlərini mesajla çatdırır ki, bunun özü də yanlış yanaşmadır. Həyat yoldaşınıza onun ürəyini yenidən fəth edəcək mesajlar yazmaq nə qədər xoş olsa da, bunu onun üzünə deməyiniz daha məsləhətlidir. Eyni şey ən əsəbi vaxtınız üçün də keçərlidir. Bu halda da aranızdakı “körpü” telefon olmamalıdır. Ən azı ona görə ki, həmin “körpü” aranızdakı digər “körpü”ləri istifadəsiz qoyur və bu da münasibətlərinizin düzəlməsinə əngəl olur.

 

Image result for sevgilinizle yatağa uzanmak

 

Yatağa eyni anda girin

Bəzi cütlüklər gərgin iş qrafiki səbəbindən bir-birinə vaxt ayırmaqda çətinlik çəkir ki, bu da problemlərin yaranmasını şərtləndirir. Belə məqamlarda ən yaxşı varinat yatağa eyni vaxtda girməkdir. Əgər siz gec, həyat yoldaşınız isə tez yatırsa belə, yenə də ən azı qarşı tərəf  yuxuya keçənə qədər onunla eyni yatağı bölüşməkdə fayda var.

 

Image result for eşinize mutfakta yardım

 

Jest edin

Münasibətlərdəki anlaşmazlığı aradan qaldırmaq üçün heç də hər zaman böyük jest etməyə ehtiyac yoxdur. Məsələn, həyat yoldaşınıza bir qəhvə hazırlamağınız belə ən önəmli addımlardan biri ola bilər. Belə olduqda qarşı tərəf özünün özəl biri olduğunu hiss edəcək. Həmçinin ilişkinizin sıradanlaşmasının qarşısı alınacaq.

 

Image result for sevgilinizle yemekdeyken telefon

 

 

Yada düşər xatirələr

Münasibətləri yaxşılaşdırmağın yollarından biri də keçmişdə birgə yaşadığınız xoş hadisələri xatırlamaqdır. Belə məqamlarda ən gülməli olaylardan bəhs etmək daha məqsədəuyğun hesab olunur. Aparılan araşdırmalar göstərir ki, birgə olan xoş xatirəlrini tez-tez xatırlayan cütlüklər bunu etməyən və ya nadir hallarda edənlərdən daha xoşbəxtdirlər.

 

Image result for yemek yaparken dans

 

Yeniliklərə açıq olun

Davamlı olaraq yenilik axtarışında olan cütlüklərin daha xoşbəxt olduğunu bilirdiniz? Hər halda, bu mövzu ilə bağlı aparılan araşdırmalar belə deməyə əsas verir. Məsələn, axşam yeməyini hazırlayarkən eyni zamanda musiqi sədaları altında rəqs etmək heç də hamının etdiyi bir şey deyil, amma bunun münasibətlərinizdə irəlləyişə səbəb olacağından əmin ola bilərsiniz.

 

Image result for eşlerin mutlu konuşması

 

Suallar verin

Həyat yoldaşınıza sonuncu dəfə nə vaxt onun özü və ya maraq dairəsi ilə bağlı suallar vermisiniz. Əgər bundan xatırlaya bilməyəcəyiniz qədər çox zaman keçibsə və ya onu illərdir tanıdığınızı və yeni suallara ehtiyac olmadığını düşünürsünüzsə, deməli yanlış yoldasınız. Qarşı tərəfə yeni suallar verməklə illərin onu nə dərəcədə dəyişdirdiyini yoxlaya bilərsiniz. Qarşı tərəfə indiyə qədər heç vaxt vermədiyiniz suallar verməklə onu təəccübləndirə bilərsiniz ki, bu da münasibətləriniz üçün yaxşı hal demək olacaq.

 

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir