27982991_1617583294946021_2010719444261893344_o

Murad Dadaşov “ASAN xidmət”də könüllü oldu

Baxış sayı: 1. 311
“ASAN xidmət”in “Könüllü məşhurlar” layihəsinin növbəti qonağı əməkdar artist, tanınmış teleaparıcı, aktyor, “Bakılı Oğlanlar” şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov olub.
Murad Dadaşov Sumqayıt “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində vətəndaşlara xidmət göstərib, sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihələrinə dəstək olub.
Bütün fəaliyyətlərini nəzərə alaraq Murad Əli oğlu Dadaşov 10 fevral 2018-ci il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü
məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir