ugur

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Baxış sayı: 754

Təsəvvür edin ki, inanılmaz uğur qazanmış biznesmen, məsələn Mark Zükerberg və ya müflis olmuş bir şəxs eyni anda sizə məsləhət verir. Hansının məsləhətinə qulaq asarsınız?

Aydın məsələdir ki, Zükerbergin! Ondan başqa kim düzgün strategiyadan danışsın axı…

Yaradıcı insansınızsa kimi dinlərsiniz – Stiven Spilbergi və yaxud çox az insanın tanıdığı uğursuz bir aktyoru? Əlbəttə ki, birincini. Bu nə sualdır?! deyərsiniz.

Uzun ömürlülüyün sirləri barədə isə 100 yaşına qədər yaşamış insanlardan soruşarsınız. Aydın məsələdir. Və siz hər birində səhv fikirdəsiniz!

Karyera

Yazıçı David McRaney ilə bunun səbəbini izah edəcəyik.

Hər şeyi Brad Pitt nümunəsində izah edək. Təsəvvür edin ki, gənc, yaraşıqlı və ambisiyalı Brad Pitt Hollywooda köçdükdə onunla birgə təqribən yüzlərlə gənc ambisiyalı yaraşıqlı oğlanlar da buraya gəlmişdi. Ola bilsin ki, onların bəziləri daha yaraşıqlı, ambisiyalı, istedadlı və daha yaxşı əlaqələrə sahib idilər. Lakin yüzlərlə olan bu gənclərin içərisindən yalnızca Pitt şöhrətə nail oldu. Əsas ziddiyyət buradadır: O, necə onun kimi uğurlu olmağın mümkün olduğunu və uğursuzluqdan necə qaçmaq lazım olduğunu izah edə bilməyəcək. Çünki onun bütün qərarları son nəticədə düzgün olub. Düzgün qərarlardan necə qaçmağı isə sizə yalnızca uğursuzluğa düçar olmuş həmin o yüzlərlə gənc izah edə bilər.

İndi isə düşünün: hər bir sahədə belə bir Brad Pitt var. Hər kəs möhtəşəm uğura nail olmuş bu şəxsdən məsləhət almaq, uğurunun sirrini öyrənmək istəyər. Uğurun sirrini isə əslində, onlar yox, nə vaxtsa hər hansısa qərarı düzgün verə bilməyən şəxs izah edə bilər.

Yalnız qaliblərin məlumatlarının nəzərə alındığı, uduzanların diqqətin ayrılmadığım bu vəziyyət “sağ qalanın sistematik səhvi” adlanır.

isde ugur

Fenomenin mahiyyəti nədən ibarətdir?

Bu fenomen İkinci dünya müharibəsi zamanı, ABŞ müharibədən dönən bombardmançı sayını artırmağa çalışdıqda peyda oldu. Geri dönən “sağ” təyyarələrlə aparılan araşdırma zamanı məlum olur ki, onların hamısı əsas olaraq qanadlar və gövdənin alt hissəsində mərkəzdən vurulub. Həmin hissəyə daha çox zireh əlavə etməyə qərar verilir. Məntiqlidir, elə deuilmi?

Əslində isə yox! Məşhur statistik Abraham Valtın müdaxiləsi aviasiyanı ciddi səhvdən xilas etdi. Belə ki, o hər kəsin gözünü açaraq qeyd etdi ki, güllələr əksinə olaraq təyyarənin ən güclü hissələrini göstərir. Zərər görmüş bu hissələr təyyarənin ən zəif deyil, güclü hissələridir. Çünki zədə almasına baxmayaraq, salamat olaraq geri dönməyə imkan verib.

karyera

Bəs nəyə görə tez-tez bu tələyə düşürük?

Belə görünür ki, qanunun açıq aydın olmasına baxmayaraq, biz ondan yararlanmırıq. Nəyə görə? Çünki dar məntiqdən istifadə edirik. Bizi uzun ömürlülüyün sirri maraqlandırdıqda, bunu hər hansı 100 yaşlı nənə-babadan soruşacayıq. Və əgər bu yaşlı insanlar bütün həyatı boyu siqaret çəkdiyini, qeyri-sağlam həyat sürdüyünü, içdiyini və hər yerdə söyüş söydüyünü desələr avtomatik olaraq düşünəcəksiniz: “Bax, uzun ömrün sirri bu imiş! Bəs onda mən nəyə görə bu lənətə gəlmiş idman zalına gedirəm?”.

Bu səbəbdən də, gələcəkdə hər hansı uğur qazanmış bir şəxsin məsləhətini dinlədikdə bu bəsit qaydanı yadınıza salın: qalib gəlmək istəyirsinizsə, özünüzü yalnız uğur qazanmış şəxslərin məsləhəti ilə məhdudlaşdırmayın, məğlubiyyətə düçar olmuş şəxsləri də dinləyin.

Bununla yanaşı, onlar kimi eyni qərarları verməklə, Zükerberg və yaxud Spilberg kimi eyni yolu getmək yeni real dünyada mümkün deyil. Çünki dünyaya onlar kimi eyni yox, yeni bir insan lazımdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir