toy

Nikahdan öncə tibbi müayinədən keçməyin hansı üstünlükləri var?

Baxış sayı: 999

“Gencaile.az” Kəpəz TV-yə istinadən xəbə verir ki, son zamanlar nikahdan öncə tibbi müayinənin aparılması çox aktuallaşıb. Hətta bu məsələ dövlət səviyyəsində məcburi hal ala bilər. Əksər dünya dövlətlərində nikahdan öncəki müayinə şərtə çevrilib və bu proses olmadan nikaha girmək qadağası var. Bizdə isə hələlik könüllüdür.

Raya Məmmədova
, ginekoloq: “Əgər cütlüyün bir-birinə olan sevgisi həqiqidirsə, onları heç bir fəsad yoldan çəkindirə bilməz. Müalicəyə gedəcəklər. Amma bu və ya başqa məsələ aşkarlanarsa, onlar nikaha girməyə bilərlər. Bütün bunların qarşısını almaq üçün məsələnin dövlət səviyyəsində həlli vacibdir”.

Sevinc Hüseynova, “ASAN xidmət”in VVAQ şöbəsinin müdiri: “Mən bu cür müayinələri tövsiyə edərdim. Çünki gənc ailələrin dağılmasında, boşanmalarda əksər səbəblər məhz xəstəliklərlə bağlı olur. Mütləq şəkildə tibbi müayinələr olmalıdır”.

Bu gün müalicəsi çətin xəstəliklər – talassemiya, hepatit B, hepatit C, HİV infeksiyası, bəzi dəri xəstəlikləri var ki, onların da əksəriyyəti cinsi yolla yoluxur. Tərəflərdən birinin həmin xəstəliyə yoluxmaması üçün mütəxəssislər tibbi müayinəni şərt sayırlar. Necə deyərlər, xırmanda yabalaşmamaq üçün, şərti şumda kəsmək gərək…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir