nikbin

Nikbin insanların uğur qazanmaq şansı daha yüksəkdir?

Baxış sayı: 787

Alimlərin yeni tədqiqatları göstərib ki, həyata nikbin baxan insanların öz işlərində uğur qazanmaq şansı daha yüksəkdir. AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, nikbin insanın öz ideyalarını həyata keçirməsinə ovqatının həmişə xoş olması, heç vaxt ruhdan düşməməsi və maneələrə baxmayaraq irəli getmək bacarığı kömək edir.

Alimlərin fikrincə, nikbinlər karyeralarında irəliləməyə və şəxsi həyatlarını qurmağa kömək edən insanlarla daha rahat dil tapırlar. Yüksək gəlir və uğurlu karyera kimi mühüm üstünlüklərdən başqa, nikbinlər həm də orqanizmlərinin resurslarını sürətlə bərpa edə bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir