Normal doğuş üçün bunları bilmək vacibdir

Baxış sayı: 1. 769

Ana olmağa özünüzü hazırlayın

Uşaq sahibi olmamışdan əvvəl bunu yaxşı düşünməlisiniz. Ana ata olmaq dünyanın ən çətin qərarlarından biridir. Psixoloji olaraq həll etmədiyiniz hər kiçik problem hamiləlikdə və sonrasında böyük problem kimi qarşınıza çıxa bilər. Uşaq sahibi olmamışdan əvvəl psixoloji problemlərinizi həll edərək özünüzü analığa hazırlayın.

Fol turşusu qəbul edin

Hamiləlikdən əvvəl və hamiləlikdə qəbul etməli olduğunuz vitaminləri həkiminizdən mütləq öyrənin. Fol turşusunun qəbuluna hamiləlikdən 3 ay əvvəl başlamaqda fayda vardır. Uşağın inkişafında, sümüklərinin formalaşması kimi bir sıra əhəmiyyətli  məqamlarda əhəmiyyətli olmaqla yanaşı ananın orqanizminə də bir çox müsbət təsiri vardır.

Necə qidalanacağınızı  əvvəlcədən öyrənin

Uşağın sağlam inkişafı üçün nə yediyinizə fikir verin. Həkiminizdən yeməli və yeməməli olduğunuz qidaları öyrənin. Hamiləlikdə 80 qr protein, 60 qr dəmir, A, B və C vitaminləri qəbul edilməlidir.

Həftədə 2 pors qırmızı, ağ ət və balıq yeyin.

Çay dəmir əskikliyi yaratdığına görə xüsusən yeməklərlə birlikdə çay içməyin.

Yeməklərinizdə duzun miqdarını azaldın.

Təzə meyvə və tərəvəz yeyin.

Hazır və qablaşdırılmış qidalardan uzaq olun.

 

Xəstəxananı təyin edin

Hansı xəstəxanada doğuş olacaqsa əvvəlcədən xəstəxananı təyin edin. Xəstəxananın şərtləri və həkimləri haqqında məlumat əldə edin. Bu məsələni son ana saxlamayın. Bu psixoloji olaraq sizin rahat olmağınızı təmin edəcək.

Maddi mövzuları dəqiqləşdirin

Hamiləliyin son anında artıq işləməyəcəyinizə görə lazımlı maddi xərclərinizi əvvəlcədən həll edin. İş yeriniz və rəsmi müəssələrlə həll etməli olduğunuz məsələləri son aylara saxlamayın.

Uşaq otağını hazırlayın

Uşağınız cinsiyyəti məlum olduqdan sonra artıq otağın əşyalarını almağa başlayın. Aylar keçdikcə artıq çox hərəkət etməyəcəyinizə görə otağı əvvəlcədən hazırlamağınız sizin üçün rahat olacaqdır.

Doğuşdan əvvəl hazırlıq kurslarına yazılın

Doğuşdan əvvəl hazırlıq kursu sağlam bir doğuşun təməl qaydasıdır.  Belə kurslara yazılaraq həm psixoloji, həm də fiziki olaraq doğuşa hazırlaşın.

İdman, yoga və  meditasiya

Həm psixoloji həm də fiziki rahatlıq üçün yoga kurslarına yazıla bilərsiniz. Bu hərəkətlər daha rahat doğuş üçün faydalıdır.

Doğuş çantasını hazırlayın

Hamiləliyin son ayı artıq doğum çantanız hazır olmalıdır. Özünüz və uşağınız üçün lazımlı olanları çantanıza qoymağı unutmamalısınız.

Sakit olun

Doğuşda sizin yanınızda kimin olacağını əvvəlcədən təyin edin. Bir-iki dəfə yoldaşınızla məşq edə bilərsiniz ki, doğuş zamanı qarışıqlıq olmasın. Doğuşa gedərkən hansısa bir problemlər yaşana bilər, tıxacda qalmaq və ya başqa problemlər. Belə vəziyyətdə sakit olmağa çalışın. Sizi əsəbləşdirən sakitləşdirməyən insanları sizinlə getməməsini istəməyiniz kimi bir şansınız vardır.

Doğum növünə özünüz qərar verin

Sadəcə həkiminiz dediyi ilə kortəbii olaraq normal və ya keser doğuşunu seçim etməməlisiniz.  Normal və ya digər doğuş növünün sizin və uşağınız üçün faydasını və zərərlərini yaxşı ararşdırın. Bu məsələdə yoldaşınızın fikirlərini də alın.

Masaj etdirin

Doğuşdan əvvəl ağrılarınızı azaltmaq üçün ayaqlarınızı və boynunuzu masajl etdirə bilərsiniz. 36-cı həftədən sonra qasıq nahiyyəsinə masaj etdirə bilərsiniz. Bu normal doğuşu rahatlaşdıracaqdır.

Doğuş sancılarını sakit şəkildə gözləyin

Doğuş sancılarını hiss etdikdə son dəqiqəyə qədər gözləməyin. Yaxud da tam tərsi sancınız yoxdursa tələskənlik edərək xəstəxanaya getməyin. Xəstəxana sizi narahat edərək gərginləşmənizə səbəb ola bilər.

Su için

Doğuşdan əvvəl  su içməlisiniz. Amma bunun miqdarını nizamda saxlamaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir