ev isleri

Oğlunuz “ata”, qızınız “ana” olmaq istəyirsə…

Baxış sayı: 943

Bəzən elə olur ki, ailədəki oğlan uşaqları özlərini analarının yerinə qoyur, onun hərəkətlərini təkrar edir, ona bənzəməyə çalışırlar. Uzun sözün qısası, uşaqlarda evdə “ana” olmaq istəyi müşahidə olunur. Eyni hallar qızlarda da özünü göstərə bilir. Bəzən atası kimi olmaq, onun əvəzləyicisi roluna bürünmək arzusu özünü büruzə verir. Bəs görəsən, bunun səbəbi nədir?

Əslində, burada yaş amili çox vacibdir. Çünki uşaqlar əsasən dörd yaşlarında cinslər arasındakı fərqi dərk etməyə başlayırlar. Buna görə də, üç yaşına qədər olan oğlan uşaqlarının ana olmaq istəyində elə bir problem yoxdur və bunun üçün uşağın oyununa müdaxilə etmək də doğru deyil.

valideyn

Uşaq dörd yaşından sonra da bəzi hallarda qarşı cinsin rolunu ifa edə bilər. Belə hallar adətən iki halda baş verir. Birinicisi, uşaq qarşı cinsi (yəni atasını və ya anasını) həddindən artıq çox sevir, ikincisi, uşaq sadəcə olaraq qarşı cinsə maraq göstərir. Əgər uşaq dörd yaşından sonra da qarşı cinsin rolunu ifa etmək istəyirsə, bu, ilk növbədə uşağın öz cinsiyyətini mənimsəməkdə çətinlik çəkməsi ilə bağlıdır. Burada valideynin köməyi çox vacibdir. Belə hallarda oğlan uşağı ata ilə, qız uşağı isə ana ilə daha çox vaxt keçirməlidir.

Digər tərəfdən, uşağa öz cinsiyyətinə uyğun vəzifələr vermək və nəticədən asılı olaraq onları mükafatlandırmaq lazımdır. Bundan başqa, valideyn vaxtaşırı uşağın oyununa müdaxilə edərək müxtəlif üsullarla ona öz cinsiyyətini xatırlada bilər.

Qeyd: Əgər bu problem oyundan kənarda da davam edərsə, mütləq bir mütəxəssislə məsləhətləşmək lazımdır.

 

Aydan Kərimli

VALIDEYN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir