Loqoped

Ölkəmizdə loqoped problemi varmı?

Baxış sayı: 331

Muradın 3 yaşı var. 2 yaşından etibarən loqoped müayinəsi almasına baxmayaraq, danışığında dəyişiklik yoxdur. Mövcud durum Muradın valideynlərini də narahat edir. Ən əsas problem loqoped qiymətlərinin çox baha olmasıdır. Üstəlik, peşəkar loqoped tapmaq da hazırda heç də asan məsələ deyil.

Təkcə Muradın valideyni deyil, demək olar, övladında sözügedən problem olan bütün valideynlər loqopedlərin səviyyəsi və fəaliyyətindən narazıdırlar. Yanaşma isə təxminən belədir ki,  loqopedlərin əksəriyyətii ixtisasca ya psixoloq, ya da pedaqoqdurlar. Hər birinin isə xüsusi metodu olur.

Bəs əsl loqoped necə olmalıdır? Həqiqətən ölkəmizdə loqoped problemi varmı?

loqoped 1

Mövzuya dair fikirlərini “Gencaile.az” saytı ilə bölüşən Defektoloq-loqoped Nüşabə Məhərrəmova aşağıdakıları dedi: Normalda 3 yaşında uşağın ən azı 400 söz ehtiyyatı olmalıdır, sadə cümlələr qurmalıdır, rəngləri, bədən üzvlərini, ailə üzvlərini, dostlarının adlarını, bilməlidir. Fikrini izah etməli və sadə dialoqlar qura bilməlidi.

Əgər uşağın nitqi yaşına uyğun deyilsə, loqoped və psixoloqa müraciət etməzdən əvvəl ilk növbədə nevropatoloqa müraciət olunmalıdır. Niqin olmamasının və ya yaşına uyğun olmamasının səbəbi öyrənilməli və diaqniz qoyulmalıdır. Əgər həkim tərəfindən heç bir problem görülmürsə,  uşaq sırf ünsiyyət azlığından danışmırsa o zaman loqoped və psixoloqa müraciət edilməlidir. Ölkəmizdə savadlı loqopedlər yetərincədir. Sadəcə kimə müraciət etməli olduğumuzu müəyyən etməliyik. Yuxarıda bəhs etdiyim kimi, bəzən  nevropatoloqa ehtiyac olsa da, birbaşa loqopedə müraciət olunur ki, bu da müalicənin effektini azaldır. Bu məqamda artıq günah loqopeddə yox, qarşı tərəfdədir. Müalicə mərhələlərini düzgün müəyyənləşdirmək vacibdir.

loqoped 2

Məsələyə münasibət bildirən psixoloq Laçın Məhərrəm deyir ki, defektoloq-loqopedlər  mütləq psixoloqla birgə işləməlidir. Məsələn, ailədaxili münasibət, ailədə yaşanan gərginlik, aqressiya, şiddət də uşaqda psixoloji travmaya və nitqin geriləməsinə səbəb olur. Bu səbəbdən belə problemlə üzləşən uşaqlara psixoloji dəstək də lazım olur ki, bu da defektoloq-loqopedlərin psixoloqla işləməsini zəruri edir.

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir