pehriz

Orqanizmimizi payıza necə hazırlayaq?

Baxış sayı: 182

Artıq yavaş-yavaş yayı geridə qoyub, dənizli-günəşli günlərə vida edərik. Amma bu o demək deyil ki, pəhrizimizə əhəmiyyət verməyib, tapdıqlarımızı yeyib qarımızı bütün qış boyu böyütməliyik.

Yay aylarını geridə qoyduğumuz günlərdə immunitet sistemini gücləndirmək və bədəni qışa hazırlamaq xəstəliklərdən qorunmaq üçün çox vacibdir. Payız qışa doğru bir keçid mövsümü olduğundan, qışda viruslara qarşı dözümlü olmaq çoxlu immunitetimizi gücləndirməliyik.

Necə ki, tərəvəzlər qış istehlakı üçün hazırlanır, konservləşdirilir və ya eynilə də bədənimizi də qışa hazırlıqlı etməliyik.

İsti havaları geridə qoyarkən rəngarəng və ləzzətli meyvələrlə də vidalaşırıq. Amma payız fəslində də dadından doymadığımız meyvələr yetişir.  Diyetoloq Aynur Sultanova bu meyvələrdən qidalanmaqla orqanizmimizi qışa hazırlaya biləcəyimizi dedi:

“Bu mövsümdə yetişən, üzüm, böyürtkən, qreyfrut, mandarin kimi meyvələrin köməyi ilə bədəndəki C vitamini çatışmazlıqlarını tamamlaya bilərsiniz. Artıq qurtarmaqda olan pomidor, yeni yetişən kök və balqabaq ilə qidalanaraq A vitamini toplayın. Yenidən süfrənizə təzə ispanaq, kərəviz, turp, qırmızı çuğundur, qırmızı və ağ kələm qoymağa başlayın. Bu bitkilərin tərkibindəki fitokimyəvi maddələr və C vitamini ilə bədəninizi toksinlərdən təmizləyib və xərçəngdən qoruya bilərsiniz”.

Diyetoloq onu da əlavə etdi ki, bütün bu tərəvəz və meyvələrin tərkibindəki liflər mədə-bağırsaq sisteminizin problemləri aradan qaldırmağa da kömək edəcək, xolesterolunuzun yüksəlməsinin qarşısını alacaq və ürək-damar xəstəliklərindən qoruyacaq.

“Yağlı toxumlardan təzə fındıq, fıstıq və qozu mütəmadi olaraq yeyin! Bu bitkilər xolesterol və ürək-damar xəstəlikləri risklərini azaltacaq və beyninizi gücləndirəcəklər. Bu müddətdə ət, toyuq, balıq, göbələk, paxlalı bitkilər və süd məhsulları ilə qidalanmağı da unutmayın”.

Mövsüm dəyişikliyi yaşadığımız bir zamanda etməməli olduğumuz vərdişlər də var. Diyetoloq bizi diqqətli olmağa səsləyir:

“Axşamlar televizor izləyərkən “Suxarik”, ”çipsi” kimi qidaları qəbul etməyin. Bol kremli tortlardan da uzaq durmağınız məsləhətdir. Havaların soyuduğunu bəhanə edib, su içmək vərdişinizi də tərgitməyin. Yağışlı, küləkli havalardan qorxub bütün gününüzü evdə keçirməyin. Hərəkətsiz qalmaq sağlamlığınıza zərərlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir