KORPE

Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR – İlk “10-luq”

Baxış sayı: 127

2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə yeni doğulmuş 2936 oğlan uşağına Yusif adı verilib.

Ötən il yeni doğulmuş 2775 qız uşağına isə Zəhra adı qoyulub.

2017-də daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə , Hüseyn, Əli, Ömər, Məhəmməd gəlir.

Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Zeynəb, Aylin, və Məryəm gəlir.

Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir