qadin

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Baxış sayı: 1. 176

“Özümə baxmağa vaxtım yoxdur”, – deyən xanımlara “Gencaile.az” “Ailem.az”-a istinadən qısa zaman çərçivəsində praktik makiyaj və baxım yollarını təqdim edir.

 

– Üzünüzü əvvəlcə isti, sonra soyuq su ilə yuyun. Bu, qan dövranını sürətləndirir və üz əzələlərini hərəkətə gətirir.

– Səhərlər oyandığınızda sizi yaxşı göstərməyəcək qüsurları tonal krem vasitəsilə gizlədin.

– Çox makiyaj etməsəniz də, gözlərinizə etdiyiniz sadə makiyajla üzünüz canlı görünəcək. Üzünüzün daha canlı və baxımlı görünməsi üçün kirpiklərinizə tuş çəkməyi unutmayın.

– Yanaqlarınıza yüngülcə ənlik çəkmək üzünüzə canlılıq qatacaq.

– Dodağınıza sürtdüyünüz parlaq bir dodaq boyası üzünüzü canlı göstərəcək.

– Dırnaq boyasını siləcək bir aseton tapmamısınızsa, üzərindən yenisini vurun.

– İşə gedərkən ətrafdakı səs-küyü dinləmək istəmirsinizsə, qulaqcıqla xoş bir musiqi dinləyərək yol gedin. Beləcə, özünüzü rahatladın.

– Yorğunusunuzsa, nanə qoxlayın. Nanə yorğunluq hissini yüzdə 15 azaldacaq.

– İş yerində gün boyunca su içməyi unutmayın. Çox az susmaq belə, enerji səviyyənizin aşağı düşməsinə səbəb olar.

– Saçlarınızı düzəltməyə vaxtınız yoxdursa, yuduqdan sonra azca qurudun və hörün. Daha sonra yenidən qurudun və səhər işə gələrkən açın. Saçlarınız belə daha gözəl görünəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir