test

Özünüzü bir az da tanıyın – TEST

Baxış sayı: 2. 275

1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2

2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1

3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2

4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli-2 xeyr-1

5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli-3 xeyr-2

6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli-1 xeyr-4

7. Gimnastika ilə məşğul olursunuz?
Bəli-3 xeyr-1

8. Başının tez-tez ağrıyır?
Bəli-1 xeyr-2

9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?
Bəli-4 xeyr-1

10. Həmişə eyni saç düzümündə gəzirsiniz?
Bəli-4 xeyr-1

11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?
Bəli-4 xeyr-1

Cavablara əsasən ballarınızı toplayın və nəticələrlə tanış olun:
20 baldan az -I Tip
21-25 bal – II Tip
25 baldan çox – IIITip

I Tip – Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.

II Tip – İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.

III Tip – Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.


AzVision.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir