peyvend

Peyvənddən əvvəl və sonra pəhriz: vəziyyət pisləşə bilər…

Baxış sayı: 153

Peyvənd və ya revaksinasiyadan bir neçə gün əvvəl və sonra 3-5 gün ərzində siqareti və spirtli içkiləri dayandırmaq daha yaxşıdır.

Bu barədə RBC-yə Heliks Laboratoriya Xidmətinin tibbi direktoru Dmitri Denisov bildirib .

“Alkoqol immunitet sisteminə supressiv təsir göstərir, intoksikasiya və allergik reaksiyalar nəticəsində digər yan təsirlərə səbəb ola bilər. Nəticədə, bu, peyvənddən sonra vəziyyətin pisləşməsinə səbəb ola və immun cavabın formalaşmasına mənfi təsir göstərə bilər”, – mütəxəssis xəbərdarlıq edib.

Denisov əlavə edib ki, revaksinasiyadan əvvəl spesifik antikorların istehsalı üçün zəruri olan protein məhsulları istehlak edilməlidir. Bundan əlavə, o, pəhrizdə kifayət qədər A, B6, B12, B9, C, D, E vitaminləri ilə yanaşı, sink, mis, selen, dəmir kimi mineralların da olması lazım olduğuna diqqət çəkib.

Ekspert allergik xəstəliklərə tutulma riski olan şəxslərə peyvənd dövründə potensial olaraq allergiyaya səbəb ola biləcək məhsullardan imtina etməyi tövsiyə edib. Bunlara hisə verilmiş ət, şokolad, şirniyyat və sitrus meyvələri daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir