geyim

Praktik şopinq: Dəbdən heç vaxt düşməyən 7 trend

Baxış sayı: 238

Dəb sənayesi inanılmaz sürətlə trendləri ştamplayır. Bu isə o deməkdir ki, bu gün dəbdə olan hər hansı geyim böyük ehtimalla bir müddət sonra artıq aktual olmayacaq. Belə olan halda geyimlərə çoxlu pul xərcləməyə dəyərmi? Düşünürük ki, düzgün cavabı özünüz artıq bilirsiniz.

“Gencaile.az” “Publika.az”-a istinadən modapərəstləri uzun müddət istifadə edə biləcəyiniz universal geyimlərlə tanış edir.

 

Güllü kimono

Parlaq kimono isti havalarda qarderobun “ərköyün” detalı ola bilər. Onun sayəsində siz asanlıqla fərqli obrazlar yaradacaqsınız. Ulduzların küçə stilindən nümunə götürün. Onlar kimononu üst geyim kimi cins şalvar və toplarla kombin edir.

 

Çəhrayı bleyzer

Açıq rəngli pencəkləri demək olar ki, istənilən butikdə tapmaq olar. Bu mövsüm demokratik brendlər pencəklərdə də əsasən açıq tonlara üstünlük verib.

 

Şəffaf ayaqqabı

Şəffaf ayaqqabıların klassik modellərinə pul xərcləməyə qorxmayın. Onların materialı görünməz, dabanı isə hündür olduğu üçün boyunuzu vizual baxımdan daha hündür göstərməyə qadirdir. Odur ki, ürəkli olun.

 

Önü düyməli, qısqaol köynəklər

Ağappaq rənglə kontrast təşkil edən qara düymələri olan köynəklər şəksiz yayın favoritdir. Sadə dizayn və universal rəng seçiminə görə bu əşyanı bir mövsümdən çox istifadə edə biləcəksiniz.

 

Xallı donlar

Xallı donları sözsüz ki, bütün qızlar sevir. Bəs ona pul xərcləməyə dəyər? Stilistlər və fəşion blogerlər bildirir ki, xallı donlar universal geyim kateqoriyasına daxildir. Deməli, onu cırılana qədər hara desən, geyinmək olar.

 

Qırmızı hudi (kapişonlu köynək)

Qırmızı köynəklər və hudilər cinslərlə və dikdabanlarla çox qəşəng görünür, üstəlik aktuallığını heç vaxt itirmir.

 

Açıq rəngli şalvarlar

Belə şalvarlarla siz xeyli maraqlı yay obrazları yarada bilərsiniz: Müxtəlif toplarla birləşdirin, istər klassik, istərsə də idman üslubunda ayaqqabı seçin. Bu əsər həqiqətən də əsl universaldır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir