Prostat vəzin adenoması və erektil disfunksiya

Baxış sayı: 3. 253

загруженноеXoşxassəli prostat böyüməsi zamanı cinsi fəaliyyətin zəifləməsi adətən tez-tez rast gəlinən bir simptomdur. Bunlar arasında əlaqənin olması barədə çox sayda elmi araşdırmalar aparılmaqdadır. Bir məqamı qeyd etməliyəm ki, 20 qramdan çox olanda biz xoşxassəli prostat böyüməsi diaqnozu qoya bilərik. Prostatla bağlı bütün xəstəliklərə biz xoşxassəli prostat böyüməsi terminini istifadə etmək çətindir. Son illərdə LUTS, yəni aşağı sidik yolları simptomları irəli sürülür. LUTS bizim əvvəllər prostat böyüməsi, prostatit, prostat adenoması kimi terminlərin yerinə istifadə olunan termindir. Bu Pol Adams tərəfindən 1994-cü ildə irıli sürülmüşdür və prostat böyüməsində olan bütün şikayətləri əhatə edir.
Erektil disfunksiya cinsi fəaliyyətə kifayət qədər əngəl olan, həm başlanmasında, həm də davamında qalıcı cinsi zəiflikdir. Bəzi insanlarda müxtəlif səbəblərdən müvəqqəti cinsi zəiflik-erektil disfunksiya baş verir. Müvəqqəti səbəblər sırasına dərmanların əks təsiri, psixoloji əhval-ruhiyyəni və digər tibbi  hadisələri daxil etmək olar. 
Bizim bəhs etdiyimiz erektil disfunksiya-cinsi zəiflik isə davamlı cinsi zəifliyə aiddir. Bu gun kişi cinsi zəifliyi barədə ən böyük elmi araşdırma ABŞ-ın Masaçuşet Male Study adlı Araşdırma Mərkəzi tərəfindən aparılıb. Araşdırmada yaş xüsusiyyətlərinə görə cinsi zəiflik göstəriciləri də öz əksini tapıb. Aşağı sidik yolu simptomları və erektil disfunsiya hər ikisi yaşlanma ilə meydana çıxır. Görəsən bu patologiyalar arasında bir əlaqə varmı? Bəklə bu əlaqə patositoloji və fiziologiyada ortaqdır? Yaşlı adamlarda prostat böyüməsi və cinsi zəiflik xarakterik bir haldır. Hazırda uroloqa müraciyət edən yaşlı insanların problemi ya erektil disfunksiya, ya da LUTS-dur (Prostat böyüməsi)
Images: Cinsi_zeiflik.jpgBu xəstəliklər getdikcə artmaqdadır. Ona görə də müasir farmakologiya bu xəstəliklərə daha çox maraq göstərməkdədir.Araşdırmalara görə ABŞ-da, Yaponiyada, Malaziyada, bir sıra Avropa ölkələrində erektil disfunksiyanın artımı 12-70% arasında yüksəlməkdədir. Erektil disfunksiyası olan kişilərdə yanaşı gedən xəstəlikləri araşdırarkən çoxunda LUTS-u görürük. Bu müəyyən yaşdan sonra görünən ortaq nöqtədir. Həkimə getməyən və erektil disfunksiyadan əziyyət çəkən kişiləri araşdırdığımız zaman onların hamısında cinsi zəifliklə bərabər LUTS-prostat böyüməsi simptomlarını da görməkdəyik. Etioloji baxımdan müəyyən edilir ki, prostat böyüməsi(LUTS) ilə erektil disfunksiya arasında bir əlaqə vardır.
Sual olunur: Görəsən prostat böyüməsi ilə erektil difunksiya arasında patomorfoloji əlaqə varmı?
Nəzərə alınması lazım olan morfologiya və histologiyadır. Prostat özü vəzilərdəndən və onların arasındakı stromal hüceyrələrdən ibarətdir. Burada eyni zamanda sayı əzələ lifləri də mövcuddur. Bu sayı əzələ liflərindəki reseptor tipi alfa B adrenoblokatorlarıdır. Digər reseptorlar da vardır. Maraqlıdır ki, burada Nitrit-oksit reseptoru da vardır. Nitrit-oksit reseptoru cinsi fəaliyyətin-ereksiyanın fiziologiyasındakı əsas mediatordur.Penisə baxanda orda sayı əzələrlə örtülmüş mağaraların olduğunu görürük. Normal kişi penisi heç bir kənar müdaxilənin olmadığı tədqirdə hər zaman ereksiya vəziyyətində olmalıdır. Halbuki biz bilirik ki, kişilərdə penis yumşaqdır, ereksiya yoxdur. Bu gün orqanizm müntəzəm şəkildə noradrenalin ifraz etməklə penisdə ereksiyanın qarşısını almaqdadır. Yəni penisin yumşaq vəziyyətdə qalmasına səbəb olan reseptorlar var. Prostat və sidik kisəsi boyunca sidik yollarında ən çox rast gəlinən reseptor alfa adrenoblokatorlarıdır. LUTS xəstələrində, yəni prostat şıkayəti olan insanlarda bu reseptorun fəaliyyəti artmaqdadır. Prostat böyüməsi olan xəstələrdə birinci dərəcəli müalicəsi alfa adrenoblokator reseptorları olan dərmanlardır. Bu reseptorların fəaliyyətini azaltmaqla prostat şıkayətlərini azaltmaq, yəni effekt əldə etməkdəyik.
Erektil disfunksiyada endoteluel disfunksiya çox vacib faktorlardan biridir. Endoteluel disfunksiya araşdırılması sırasında ən çox üzərində durulan bir faktordur. Endoteluel disfunksiyaya səbəb olan yaşlanma, hipertoniya, diabeti olan şəxslərdə prostat problemləri ortaq nöqtədir. Yaşlanma ilə bağlı testesteron (Kişi hormonu) homonunun aşağı düşməsi, hormonal disbalans, testesteron-estradiol hormonları arasındakı əlaqənin pozulması nəticəsində cinsi istəksizlik, cinsi disfunksiyalarla qarşılaşmış olurlar.
Prostat böyüməsinin müalicəsində istifadə edilən alfa adrenoblakatorlar və bəzən də cərrahi müalicələr ereksiya baxımından neqativ təsirə malikdir. Penisin ereksiyasını əngəlləyir. Sidik şikayətlərini ən yaxşı aradan qaldıran dərmanlar digər tərəfdən ereksiya şikayətinə səbəb olur. Araşdırmalara görə prostat böyüməsi və erektil disfunksiya arasında patomorfoloji və epidemioloji əlaqə vardır.
LUTS-u müalicə etdiyimiz zaman müraciət etdiyimiz bütün vasitələr-müalicə metodları erektil disfunksiyaya səbəb olur. Ona görə də cinsi potensiyası aşağı olan xəstə bizə müraciət edəndə onun cinsi performansını daha da korlayan bir müalicədənsə mümkün qədər kombinə olunmuş, cinsi fəaliyyəti yaxşılaşdıracaq müalicə metodlarını seçmək məqsədəuyğundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir