5f633b1b5542820624abf0b9

Qəbirləri bu gün də tapılmayan tarixi şəxsiyyətlər haqda MARAQLI FAKTLAR

Baxış sayı: 189

Tarixi şəxsiyyətlərin həyatı insanlar üçün həmişə maraqlı olub. Yaşamları da, ölümləri də əksər adamlara ilginc gəlir. Beləliklə, maraqlı olacağını nəzərə alıb,  məzarları bu günə qədər tapılmayan tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatları diqqətinizə çatdırırıq.

Kraliça Boudica

60 -cı ildə Londonu yandırdıqdan sonra şimala qaçan Boudica orada ölüb. Romalılar Boudicanı ona layiq bir məzarda dəfn etdiklərini iddia etsələr də, bu məzar hələ də tapılmayıb. Şayiələr var ki, bu türbə Kral Xaçındakı bir platformanın altındadır.

Plik:Ikon of King St. Alfred the Great.jpg – Wikicytaty

Kral Alfred

İngiltərənin “böyük” adlandırılan yeganə kralı Alfredin ölümündən sonra dəfələrlə qalıqları köçürülüb. Türbəsi əvvəlcə “Winchester”dəki başqa bir kilsəyə, sonra isə 1100 -cü ildə Hyde Abbeyinə köçürülüb. Ardınca həmin monastır dağıdılıb, məzar yoxa çıxıb.

Böyük İskəndər - qəhrəman - Məşhur deyin

Böyük İskəndər

2000 il əvvələ qədər hər gün məzarına saysız -hesabsız ziyarətçinin gəldiyi Makedoniyalı İskəndərin məzarı əvvəlcə Misirin Memfis şəhərində olub, lakin sonradan İsgəndəriyyəyə köçürülüb. Məbəd kimi xidmət edən və saysız -hesabsız ziyarətçi qəbul edən bu türbə İsgəndəriyyənin məruz qaldığı sunami nəticəsində itib və hələ də tapılmayıb.

Çingiz xan haqda 10 maraqlı - Fakt

Çingiz xan

Gizli bir dəfn etmə mərasimi istəyən Çingiz xanın cəsədi xüsusi bir ordu ilə daşınıb və bu yol boyunca ordunun qarşısına çıxan hər kəs öldürülüb. Türbə yaradıldıqdan sonra, 1000 at məzarın üstündən keçib və bütün izlər məhv edilib. Çingiz xanın məzarı 800 ildən çoxdur ki, axtarılır.

Hun İmparatoru Atilla hakkında söylenenler yalan çıktı! | Atilla Kimdir?

Atilla

Atillanı biri dəmir, biri gümüş və biri qızıl olmaqla 3 tabutla çay yatağına basdırıblar və sonra çayın məzarın üstündən axması üçün cığır açıblar. Atilla türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biridir. “Avropanın imperatoru” titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı olub.

Misirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı

Kleopatra və Mark Entoni

Misir hökmdarı ilə eşq yaşamaq üçün Romadan qaçan Mark Antoni xoşbəxt bir həyat sürüb, ancaq cütlük düşmənləri Oktavian və ordusunun təzyiqi ilə intihar etmək məcburiyyətində qalıb. Hər iki adın məzarları hələ də tapılmayıb.

So, turns out history books have been wrong about Queen Nefertiti. She was not a pharaoh - Hindustan Times

Nefertiti

Ölümündən sonra məzarı tapılmayan Nefertiti türbəsinin Kral Tutun məzarında ola biləcəyi düşünülsə də, bu hələ də aydın məsələ deyil. Nefertiti Exnaton yeni krallığın XVIII sülaləsinin qədim Misir fironunun “əsas həyat yoldaşı”dır.

Dinastia Kamehameha - Wikiwand

Kral Kamehameha

Havay kralı Kamehamehanın məzarının gizli bir mağarada gizlədildiyi iddia edilsə də, mağara və kralın qalıqları hələ də tapılmayıb. Kralın məzarı 200 ildir ki, axtarılır.

Volfqanq Amadey Motsart - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler

Volfqanq Amadey Motsart

Dahi bəstəkar 35 yaşında öldükdə Vyanada başqa bir yoxsulun məzarına basdırılan Motsart burada 5 başqa cəsədlə birlikdə dəfn edilib. Qəbri dəfələrlə açılmış və kəllə sümüyü oğurlanan Motsartın bütün qalıqlarının harada olduğu məlum deyil.

Leonardo Da Vinci kimdir? İşte Da Vinci hakkında 10 gerçek - Milliyet Çocuk

Leonardo da Vinçi

Ölümündən sonra fransızlar tərəfindən qaçırılan və Loire Şapelində dəfn edilən Leonardo da Vinçinin məzarı Fransız inqilabı zamanı dəyişdirilib. Lakin elm adamları başqa meyitin qalıqlarının köçürüldüyünü və da Vinçinin məzarının itdiyini düşünür.

Gelmiş Geçmiş En Acımasız Diktatörlerden Adolf Hitler Hakkında Bilinmeyenler

Adolf Hitler

Sovet İttifaqı 5 may 1945 -ci ildə Adolf Hitler və həyat yoldaşı Eva Braun cəsədini yeraltı bunkerdə tapıb meşədə gizlətsələr də, sonradan KQB cənazəni dəfn etmək üçün hərəkətə keçib. Sözügedən hadisə ilə bağlı bütün sənədlər sirr kimi saxlanılıb. Nasist hərəkatının bir daha alovlanmaması üçün Hitlerin məzarının sirrinin gizli saxlanıldığı düşünülür.

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir