qerb

Qərb Universiteti və AzPMA əməkdaşlıq sazişi imzalayıb

Baxış sayı: 1. 872

Qərb Universiteti və Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) tələbələrin və gənc mütəxəssislərin layihələrin idarə edilməsi sahəsində kvalifikasiyasının artırılması üzrə IPMA beynəlxalq standartlarının təlimi ilə bağlı qarşılıqlı əməkdaşlıq sazişi imzalayıblar.

Məlumat üçün bildirək ki, Lyihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası Azərbaycanda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) milli nümayəndliyidir.

Təlim layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların təbliği, layihələrin idarə edilməsi sahəsi üzrə optimal təcrübələrin bölüşülməsi, bu sahə üzrə bilik və kompetensiyaların artırılması məqsədi ilə keçirilib.

Təlim zamanı magistrlar layihənin düzgün tərtib olunması, məqsədi, ideyası, nəticələrinin ölçülməsi və s. haqda biliklər əldə ediblər.

Təlim IPMA standartları üzrə konsultant IPMA Level D, 10 ildən artıq təcrübəyə malik layihə idarəedicisi Elvin Axundov tərəfindən aparılıb.

Sonda təlim işləri üzrə menecer Fatimə Axundova beynəlxalq sertifikatlaşdırma imtahanı və onun mərhələli prosesi mövzusunda təqdimatla çıxış edərək, IPMA-nın 4 dərəcəli sertifikasiyası barədə məlumat verib.

Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir