AİLE

Qadınları anlamayan kişilər üçün TÖVSİYƏ

Baxış sayı: 1. 800

Hörmətli kişilər, qadınları anlamadığınızdan şikayət edirsiniz? O zaman “Gencaile.az” sizə bəzi ipucları təqdim edir. Oxuyun və faydalanmağa çalışın.

Qadın “Əsəbləşməmişəm” deyirsə, deməli əsəbidi. Əgər dodaqlarını dişləyərək “əsəbi deyiləm” deyirsə, deməli, başınıza açmaq istədiyi oyun haqqında düşünür. Əsəblərini sakitləşdirmək üçün çıxış yolu düşünməkdənsə, üzünü güldürəcək şeylər etməyə çalışın. Amma bilin ki, vəziyyət qəlizdir. Çünki qadınlar əsəbləşdiyi mövzuları heç vaxt unutmazlar. Elə buna görə də problemi sakit şəraitdə həll etməyə çalışın.

Əgər qadın sizi qardaşı kimi görüdüyünü deyirsə, deməli sizdən xoşu gəlir.

Qadının sevdiyi varsa, onu sizə deyərək qəlbinizi qırmağı heç istəməz. Hisslərini sizə demirsə, yeni bir addım atmanız gərəkdir.

Əgər qadın “dostlarını sevdim” deyirsə, deməli dostlarınızdan xoşu gəlməyib.  Dostlarınızı xoşlamırsa, onlarla eyni ortamda olmağı da istəmir. Siz də onu özünüzlə hər yerə dartıb aparmayın. Gəlmək istəsə, özü gələr.

Qadının dediyi “Mənimlə yetərincə maraqlanmırsan” sozünün əsl mənası “Münasibətimiz haqqında nə düşünürsən?” deməkdir. Çox danışmayan kişini qadınlar başa düşür, ancaq necə olur olsun suallarına cavab almaq istəyirlər. Buna görə onun suallarını cavablandırmalısınız, yoxsa ayrı vaxtlarda həmin sual başqa formada qarşınıza çıxacaq.

Qadının “Necə görünürəm?” sualı onun daha çox diqqətə ehtiyac duyduğunu bildirir. Qadın belə sual veririsə, münasibətiniz haqqında çıxılmaz sualları var, həm də onunla maraqlanmıyıb dəyişiklikləri görmədiyinizi düşünür. Etməniz gərəkən tək şey bəyənməsəniz də, əynindəki paltarın ona yaraşdığın deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir