qadin

Qalın qaşlı qızlar necə makiyaj etməlidir?

Baxış sayı: 1. 578

Qaşlarınız qalındırsa, şanslısınız. Çünki qalın qaşlar bu mövsüm də dəbdədir. Qalın qaşlar üzü maksimum dərəcədə vurğuladığı üçün makiyajda sadəliyə üstünlük verlisiniz.

Bu yazıda qalın qaşlara uyğun makiyajdan necə istifadə etməyin qaydalarını izah etmişik.

 

Gözlər

Unutmayın ki, təbii qaşlarla təbii makiyaj çox yaraşır. Məsələn, göz makiyajında həddi aşmaq olmaz. Qələmi qalın deyil, nazik çəkin. Çox az göz kölgəsi sürtdükdən sonra kirpiklərinizi burub bir neçə qat tuş çəkin.

Fikir vermisinizsə, qalın qaşları ilə tanınan modellər: Kara Delevin, Emili Ratajovski ən mühüm tədbirlərə belə, sadə makiyajla qatılırlar. Hətta əfsanəvi aktrisa Odri Hepbern də kosmetikadan çox az istifadə edirdi. O, hesab edirdi ki, qalın qaşları onun təbii bəzəyidir.

 

Dodaqlar

Qalın qaşlarla qırmızı dodaqlar bir-biri ilə inanılmaz harmoniya yaradır. Daha cəsarətli xanımlar bənövşəyi rəngi də sınaqdan keçirə bilər. Lakin unutmayın ki, açıq çalarlı pomada ilə yaşınızdan daha gənc görünəcəksiniz.

 

Dəri

Dərinin təravətli görünməsi üçün parıltılı tonal krem çəkin. Əgər qırmızı pomada çəkmisinizsə, bronzerdən istifadə etməməlisiniz. Ənlik də nəzərə çarpmayacaq dərəcədə olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir