qadin

Qey­ri-rəs­mi ni­kah­lar niyə ar­tır?

Baxış sayı: 1. 714

Qey­ri-rəs­mi ni­kah­da ya­şa­maq get­dik­cə biz­də də adi hal alıb. Xa­nım­lar bu­na müx­tə­lif sə­bəb­lər üzün­dən ra­zı­lıq ve­rir. Ki­mi “Uşaq olan­dan son­ra döv­lət ni­ka­hı bağ­la­nı­la­caq” vəd­lə­ri­nə, ki­mi xa­ri­ci öl­kə­lə­rin müa­sir hə­yat tər­zi­nə uya­raq, ki­mi də sa­də­cə kə­bin­li ni­ka­hı üs­tün tut­du­ğu, bu haq­da mə­lu­mat­sız ol­du­ğu üçün bu ad­dı­mı atır. Be­lə ai­lə­lər­də dün­ya­ya gə­lən uşaq­la­rın gə­lə­cə­yi isə su­al al­tın­da qa­lır.

Rəs­mi sta­tis­ti­ka­ya gö­rə, Azər­bay­can­da son 4 il­də ilk də­fə ola­raq, qey­ri-rəs­mi ni­kah­dan do­ğu­lan uşaq­la­rın sa­yı ye­ni­dən ən yük­sək sə­viy­yə­yə ça­tıb. Qeyd edək ki, rəs­mi qey­diy­ya­ta alın­ma­mış ni­kah­da olan qa­dın­lar tə­rə­fin­dən 2012-ci il­də 27031 uşaq dün­ya­ya gə­ti­ri­lib.

La­kin 2013-cü il­dən baş­la­ya­raq, bu say azal­ma­ğa dor­ğu də­yi­şib. Be­lə ki, rəs­mi qey­diy­ya­ta alın­ma­mış ni­kah­da olan qa­dın­lar tə­rə­fin­dən 2013-cü il­də 25069, 2014-cü il­də 25486, 2015-ci il­də 24038, 2016-cı il­də 26288 uşaq do­ğu­lub.
Rəs­mi qey­diy­ya­ta alın­ma­mış ni­kah­da do­ğu­lan uşaq­la­rın sa­yı öl­kə­də di­ri do­ğu­lan­la­rın ümu­mi sa­yı­na olan nis­bət­də də ar­tıb.
2013-cü il­də qeyr-rəs­mi ni­kah­dan do­ğu­lan uşaq­la­rın sa­yı­nın öl­kə­də di­ri do­ğu­lan­la­rın ümu­mi sa­yı­na olan nis­bə­ti 14,5 fa­iz ol­du­ğu hal­da, 2016-cı il­də bu rə­qəm 16,5 fa­iz olub.

Psi­xo­loq Və­fa Rə­şi­do­va bil­di­rir ki, “müa­sir dü­şün­cə­li” xa­nım­la­rı­mız qey­ri-rəs­mi ni­kah­la­rı üs­tün tu­tur: “Qey­ri-rəs­mi ni­kah bir müd­dət on­lar üçün çox ra­hat, asan gə­lə bi­lir. Am­ma son­ra­dan ək­sər hal­lar­da peş­man­çı­lıq hiss­lə­ri ya­şa­nır. Çox gü­man ki, qar­şı tə­rəf mü­na­si­bət­lə­rin möh­kəm ol­ma­dı­ğı üçün na­ra­hat qa­lır və döv­lət ni­ka­hı­nı bağ­la­mır. Be­lə ni­kah­lar bir müd­dət son­ra da­ğıl­dıq­da da qa­dın öz və öv­la­dı­nın hü­quq­la­rı­nı tap­dan­mış ki­mi hiss edir”.

V.Rə­şi­do­va qeyd edib ki, döv­lət ni­ka­hı­nın bağ­lan­ma­sı iki tə­rəf­li ra­zı­laş­ma əsa­sın­da ol­ma­lı­dır: “Əgər oğ­lan evi bu­na qar­şı çı­xır­sa, bun­dan şüb­hə­lən­mək la­zım­dır. De­mək ki, qar­şı tə­rə­fin niy­yə­tin­də, dü­şün­cə­lə­rin­də, plan­la­rın­da baş­qa şey­lər da­ya­nıb. Ni­ka­hı qa­nu­nu qeyd et­mə­mək üçün oğ­lan evi müx­tə­lif bə­ha­nə­lər irə­li sü­rə bi­lər”.
Psi­xo­loq əla­və edib ki, ən önəm­li­si bir-bi­ri ilə ai­lə qur­maq is­tə­yən şəxs­lə­rin ara­sın­da­kı mü­na­si­bə­tin möh­kəm­li­yi­dir: “Am­ma ni­kah müt­ləq rəs­mi­ləş­di­ril­mə­li­dir. Çün­ki sa­bah və­ziy­yət elə gə­ti­rə bi­lər ki, cüt­lük ay­rı­lar və bun­dan xa­nım da­ha çox əziy­yət çə­kər”.

Mü­sa­hi­bi­miz məs­lə­hət gö­rür ki, bu gün şi­rin söz­lə­rə, vəd­lə­rə ina­nıb sa­bah uşaq­la ali­ment­siz qa­pı da­lın­da qal­ma­maq üçün xa­nım­lar qey­ri-rəs­mi ni­ka­ha ra­zı­lıq ver­mə­mə­li­dir: “Bu­na ra­zı­lıq ve­rən xa­nım­lar ət­raf­da­kı in­san­lar­dan nü­mu­nə gö­tü­rür­lər. Dü­şü­nür­lər ki, fi­lan­kəs qey­ri-rəs­mi ni­kah­da ya­şa­yır, be­lə da­ha ra­hat­dır. “Ni­yə mən də be­lə et­mə­yim?”, – de­yə­rək bir çox xa­nım­lar qey­ri-rəs­mi na­ka­ha ra­zı­lıq ve­rir, bu ni­kah­dan uşaq da dün­ya­ya gə­ti­rir­lər. “Uşaq olan­dan son­ra bağ­la­ya­caq­lar” dü­şün­cə­siy­lə bu ad­dı­mı atan­lar da olur. Yax­şı olar ki, xa­nım­lar döv­lət ni­ka­hı­nın bağ­la­nıl­ma­sı­nı tə­ləb et­sin­lər. Sa­bah nə şiş yan­sın, nə ka­bab”.

Psi­xo­loq La­lə Əh­mə­do­va­nın bil­dir­di­yi­nə gö­rə, in­di qa­dın­la­rın ni­kah­la bağ­lı fi­kir­lə­ri də­yi­şib: “Əv­vəl döv­lət ni­ka­hı­na üs­tün­lük ve­ri­lir­di­sə, in­di kə­bin­li ai­lə­lə­rin sa­yı ar­tıb. Ar­tıq qa­dın­lar ba­şa dü­şür ki, bir də­fə ai­lə qu­rub ay­rı­lıb­sa, onun­la döv­lət ni­ka­hı­na gi­rən ki­şi az ola­caq. Əs­lin­də bu, cə­miy­yət­də olan bö­yük prob­lem­lər­dən bi­ri­dir. Çün­ki biz­də bo­şan­mış qa­dın­la­rın ye­ni­dən ni­ka­ha da­xil ol­ma­sı mö­cü­zə ki­mi bir şey sa­yı­lır”.

L.Əh­mə­do­va de­yib ki, in­san­lar mal-mülk, ali­ment da­va­sın­dan öt­rü toy edir, am­ma ni­ka­hı qa­nu­ni qeyd et­mir: “Sa­bah bo­şan­ma ha­di­sə­si ol­duq­da gə­li­nə, hə­min ai­lə­dən olan öv­lad­la­ra heç nə ver­mə­mək üçün özü­nü sı­ğor­ta­la­yan oğ­lan ev­lə­ri də ar­tıb”.

Psi­xo­loq vur­ğu­la­yıb ki, döv­lət ni­ka­hı önəm­li­dir: “Çün­ki qey­ri-qa­nu­ni ni­kah­lar­da dün­ya­ya gə­lən öv­lad­lar qa­nun­suz sa­yı­lır. Di­ni ni­kah hə­min ai­lə­də do­ğu­lan uşa­ğın qa­nu­ni ol­du­ğu­nu gös­tər­mir. Ona gö­rə də yax­şı olar ki, di­ni ni­kah­la ey­ni za­man­da döv­lət ni­ka­hı da ol­sun. Bu­nun­la bağ­lı əha­li maa­rif­lən­di­ril­mə­li­dir”.
Onun söz­lə­ri­nə gö­rə, qey­ri-qa­nu­ni ni­kah be­lə ni­kah­da olan qa­dı­na çox pis tə­sir edir: “Çün­ki uşaq qey­ri-qa­nu­ni sa­yı­lır. Be­lə ni­kah­la­rın ke­çər­li­li­yi, bu ni­kah­da do­ğu­lan­la­rın id­dia pa­yı, heç bir şe­yi ol­mur”.

Hü­quq­şü­nas El­nur Ömə­rov deyir ki, son za­man­lar ni­şan, toy ol­sa da, ni­kah rəs­mi­ləş­di­ril­mir: “Bu isə da­ha çox sə­nəd­lər­də­ki prob­lem, rü­sum ödə­yə bil­mə­dik­lə­ri­nə gö­rə olur. Elə­cə də, rəs­mi ai­lə­li olan şəxs­lər baş­qa bir qa­dın­la ai­lə hə­ya­tı ya­şa­maq is­tə­dik­də də bu ad­dı­mı atır. Ai­lə­dən da­ha çox kar­ye­ra və uşa­ğa önəm ve­rən qa­dın­lar da qey­ri-rəs­mi ni­kah­da ya­şa­ma­ğa üs­tün­lük ve­rir. Am­ma və­tən­daş ni­kah­la­rı son­ra­dan cid­di prob­lem­lər ya­ra­da bi­lir. Bu hal­lar ata­lı­ğın mü­əy­yən­ləş­di­ril­mə­si, ali­men­tin ödə­nil­mə­si, əm­lak böl­gü­sü­dür”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir