tlfn

Qocalar üçün telefon…

Baxış sayı: 1. 278

Rusiyanın “Yandex” şirkəti təcrübə üçün nəzərdə tutulan “Razqovor” (“Danışıq”) əlavəsini təqdim edib. “Runews24.ru” saytının xəbərinə görə, bu barədə şirkətdən məlumat verilib.

Məlumata görə, tərtib edilən yeni əlavə məhdud imkanlı auditoriyaya hədəflənib. “Yandex Speech Kit” texnologiyası əsasında fəaliyyət göstərən əlavə qulağı zəif eşidən və kar insanlar üçün bütün dünya ilə ünsiyyət qurmağa kömək edəcək.

“Razqovor” əlavəsi bir həmsöhbətin nitqini ayırdetmə və tez bir zamanda bu nitqi mətnə çevirmək imkanlarına malikdir. Hələliksə əlavə yalnız tam sakit şəraitdə fəaliyyət göstərir.

İngiltərənin “Ounphone” firması isə qocalar üçün telefon hazırlayıb. Telefonda ancaq “yes”, “no” və bir neçə vacib düymə var. Bu telefondan qocalar, fiziki qüsurlu insanlar istifadə edə bilər.

Araşdırmalara görə, mobil telefonların işləmə mexanizmi mürəkkəb olduğundan, İngiltərədə yaşı 65-dən yuxarı olan 3 milyon 300 min nəfər mobil telefondan istifadə etmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir