ders

Repetitor xidmətində yeni qaydalar: Riayət etməli, amma necə?

Baxış sayı: 588

Fərdi tədris və repetitor xidmətləri göstərilərkən onlayn tədris prosesinə üstünlük verilməlidir. Əgər onlayn tədris mümkün deyilsə, ənənəvi tədris zamanı tibbi maskadan istifadə etmək məcburidir.

COVID-19 pandemiyası dövründə tədris və repetitor xidmətlərinin necə fəaliyyət göstərəcəyi məlum olub. Yeni qaydalar COVID-19 profilaktikasına dair metodiki göstərişlərdə öz əksini tapıb. Sənədə əsasən, fərdi tədris və repetitir xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Dərs vəsaitləri ortaq istifadə edilməməlidir. Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır.  Hər qrup arasında minimum on beş dəqiqə fasilə olmalıdır.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti  öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti  öz müsbət nəticələrini göstərəcək…”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov mövzu ilə bağlı deyir ki, il ərzində məktəblərin müəyyən müddətə müvəqqəti qapanması fərdi tədris və repetitor xidmətlərini bir az da aktuallaşdırıb və qeyri-rəsmi fəaliyyət sahəsinə maraq bir qədər də artıb: “Repetitorluq nə dünənin, nə də bu günün məsələsidir, bu, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problemdir. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil da daxil olmaqla, özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir”.

Ekspertin sözlərinə görə, repetitorluğun qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanmasına baxmayaraq, bu, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir: “Bununla belə, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı bir məhduddiyyət də nəzərdə tutulmayıb. Məsələyə hüquqi baxımdan yanaşanlar hesab edirlər ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı onların Konstitusiya ilə təsbit olunmuş hüququdur”.

“Onunla da razılaşmalıyıq ki, istər repetitorluq, istərsə də tədris kursları olsun – bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsilalan və təhsilverən şəbəkəni əhatə edir. Hələlik nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir. Təhsil aldıqları məktəbdə yiyələndikləri biliklə kifayətlənməyib repetitordan dərs almaqla ali məktəblərə qəbul imtahanlarına hazırlaşanların sayı təkcə bizim ölkəmizdə deyil, dünyanın əksər ölkələrində artmaqdadır”, – deyə həmsöhbətimiz vurğulayır.

“COVID-19 profilaktikasına dair metodiki göstərişlər”ə gəldikdə, İsrafilovun sözlərinə görə, orada əks olunan şərtlərə nə dərəcədə əməl edilib-edilməyəcəyinə dair konkret mexanizm yoxdur: “Təhsil naziri Emin Əmrullayev də keçirdiyi brifinqlərin birində repetitorluq məsələsinə toxunarkən, repetitorluq fəaliyyətində hansısa bir qadağanın nəzərdə tutulmadığını demiş, repetitorluğun təhsil müəssisələri sayılmadığını, tənzimlənməsinin də problem olduğunu bildirmişdi. Ümumi qənaət isə ondan ibarətdir ki, repetitorların fəaliyyəti hazırda bir növ nəzarətdən kənardır. Təkcə onu deyə bilərəm ki, dünyanın bir sıra ölkələrində repetitorluq fəaliyyətinin tənzimlənməsi üçün hətta parlament səviyyəsində qanun qəbul edilib. İstənilən halda, bu sahədə müəyyən nəzarət mexanizmi hazırlanıb tətbiq edilməlidir”.

Mayın sonunda da dərslərin başlanması gözlənilmir”- PROQNOZ - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

Təhsil eksperti Elçin Əfəndi isə verilmiş qərarın bir qədər anlaşılmaz olduğunu deyir: “Bildiyimiz kimi, tədris ili artıq başa çatıb. Orta ümumtəhsil məktəblərində yalnız “yay məktəbləri” fəaliyyət göstərir ki, onlar da başa çatır. Repititorluq fəaliyyəti də artıq dayandırılıb. Gələn ayın ortalarında isə repetitorların fəaliyyəti ümumiyyətlə dayanacaq”.

“Bu müddət ərzində sosial məsafənin saxlanılması, dərsin gedişatında auditoriyada tibbi maskadan istifadə olunması kimi qaydaların tətbiqi həmin qərarda öz əksini tapıb. Sözügedən qərarın yersiz bir qərar olduğunu düşünürəm. Çünki tədris ili artıq başa çatıb. Repetitor yanına üz tutan şagirdlərin əksəriyyəti tədrislərini dayandırırsa, yalnız 3-4 nəfər şagird olacaq. Və onlar arasında sosial məsafəyə riayət etmək o qədər də çətin olmayacaq”, – deyə müsahibimiz bildirib.

E.Əfəndi hesab edir ki, sözügedən qaydaların tətbiqi cari tədris ilində daha məqsədəuyğun ola bilərdi: “Hazırda isə şagirdlərin tətilə çıxdığı zamanda bu cür qaydaların tətbiqinin elə də doğru olduğunu düşünmürəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir