bakteriya

Rus alim “cavanlaşdıran bakteriya” tapdı

Baxış sayı: 1. 434

Rus alimlər tibb dünyasının illərdir haqqında danışdığı “gənclik dərmanı” haqqında çox önəmli bir addım atıb. Moskva Dövlət Universitetinin araşdırmaçılarından olan Anatoli Bruçkov 2009-cu ildə Sibirdə apardığı araşdırmalar zamanı 3,5 milyon illik bir bakteriya tapmışdı. Həmin dövrlərdə o da məlum olmuşdu ki, yeni tapılan bakteriya canlıların ömrünü uzadır. “Bacillus F” adlı bakteriya uzun müddət laboratoriyada incələndikdən sonra siçanlar üzərində təcrübədən keçirilmişdi. A.Bruçkovun sözlərinə görə, olduqca yaşlı olan siçanların bədəninə bu bakteriya yeridildikdən sonra onlar daha  çox hərəkət etməyə başlayıblar və daha çox yaşayıblar. Siçanlara təsir edən bakteriyanın insanlara da yaxşı təsir edəcəyini düşünən professor həmin bakteriyadan öz bədəninə də yeridib. Son iki ildə mütəmadi olaraq bakteriyadan istifadə edən Bruçkov həyatının dəyişdiyini, daha çox hərəkət etdiyini və heç vaxt xəstələnmədiyini deyib. Bakteriyanın insana necə yaxşı təsir etdiyini hələ də anlaya bilmədiyini deyən araşdırmaçı indi bunun səbəbini araşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir