ilkin 6

Rusiyada təhsil alan həmyerlimiz: “Burdakı insanların biri-birinə güvənməmək kimi bir xüsusiyyəti var”

Baxış sayı: 457

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasında bu dəfə National Research University Higher School of  Economics  universitetinin Menecment fakultəsinin Elm, Texnologiya və Innovasiyaların idarə edilmesi ixtisası üzrə magistr təhsili alan İlkin Rüstəmzadədir.

 

– Necə oldu magistr olaraq xaricdə təhsil almaq qərarına gəldiniz və ən əsası Rusiyanı seçdiniz?

-Magistr təhsilimi xaricdə almaq qərarına hələ bakalavr təhsilimə başlamamış gəlmişdim. Bunun üçün bakalavr təhsimi ingilis dilində alacağımı düşündüm və ixtisas seçimimdə ingilis bölməsini seçdim. Belə də oldu, Bakı dövlət universitetinin Dünya İqtisadiyyatı ixtisasına (ingilis) qəbul oldum. Birinci kursda ‘SABAH’ qrupları haqqında məlumat aldım və müraciət etdim. Müraciətim uğurlu oldu və elə alındı ki təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində həmin ixtisas üzrə davam etdim. Təhsilimin son iki ili ərzində müxtəlif  xarici universitetlərini araşdırıb müraciət edirdim. Və sonda bir neçə ölkənin universitetlərinə qəbul olundum. Bunların arasında diqqətimi ən çox cəlb edən hazırda oxuduğum National Research University Higher School of  Economics  universiteti oldu  və qarəra aldım ki Rusiyada təhsilimi davam etdirim.

 

– Xaricdə təhsil insana nələri öyrədir? 

– İlk öncə onu qeyd etmək istərdim ki xaricdə təhsil almaq insanı daha müstəqil olmağı öyrədir. Gündəlik rutin isşlərdə, eləcə də material cəhətdən. Düzdü ola bilsin bəzi tələbələr bakalavr təhsillərini aldıqdan bu müstəqilliyə alışırlar, lakin xarici ölkədə yaşamaq bu müstəqilliyi bizdən daha çox tələb edir. Dərslərinizi, evdə görüləcək işləri, asudə vaxtınızı və üstəlik, işləyirsinizsə, karyeranıza ayırdığınız zamanı daha dəqiq planlamalısınız, çünki bəzən bunları planlamağa sadəcə olaraq vaxt qalmır. Başqa bir qeyd etmək istədiyim məqam insalradır. Yabancı ölkədə hara getsəniz sizi həmişə gülərüz və qonaqpərvər xalqınız gözləməyəcək, buna isə zamanla alışırsan.  Moskva kimi böyük meqapolisdə müxtəlif millətlərin hər cür nümayəndələri ilə rastlaşırsan. Son olaraq qeyd etmək istərdim ki karyeranızı xaricdə qurmağı fikirləşən tələbələrə xaricdə oxumaq daha peşəkar və özündən tamamilə əmin olmağı, davranmağı və görünməyi öyrədir.

 

– Rusiya qonşu ölkə kimi bizə yad deyil, amma yenə də maraqlıdır, ora  yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– Təbii ki bura gəlməmişdən müəyyən fikirlərim vardı, lakin onların bir hissəsi özünü doğrultmadı. Bəlkə də Moskva olduğu üçün və yaxud hansısa digər səbəblərə görə. Rusiyalı gənclərin və eləcə də Rusiyada yaşayan digər millətdlərdəm olan gənclərin fikirlərinin çoxu üst-üstə düşür, lakin bu fikir sırf karyera və təhsil çərçivəsindədir deyərdim. Burdakı insnaların biri-birinə güvənməmək kimi bir xüsusiyyəti var. Yaşadığım müddət ərzində bir neçə maraqlı məqam gördüm onlardan da biri burada yaşayan və çalışan insanlar hər cümə gününü sırf  özlərinə sərf edirlər. Şəhərdə, kafelərdə, pablarda və klublarda sadəcə olaraq  yer olmur.  İnslanlar qabaqcadan yer rezerv edib öz əhatələri ilə həmin yerlərdə vaxt keçirirlər. Lakin şənbə və  bazar günlərini öz yaxınlarına və ailələrinə həsr edirlər. Daha bir mənə maraqlı və xoşuma gələn məqamı qeyd etmək istərdim: Şəhərdə istənilən yerdə nəğdsiz ödəmə imkanı vardır demək olar, hamı gündəlik həyatda nəğd işlətmir. Mağazalarda sadəcə təqaüdçülərin və nisbətən yaşlı və texnikaya güvənməyən nəslin nəğd ilə hesablaşdığını müşaidə edə bilərsiz.

ilkin 2

– Azərbaycanda bakalavr təhsili aldııqdan sonra magistr təhsili üçün Rusiyaya üz tutmusunuz.  Fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

– Əslində bu sualı cavablandırmağa biraz çətinlik çəkirəm, çünki doğma ölkəmdə ancaq bakalavr təhsili almışam burda isə magistr. Yəni vətənimdəki magistr təhsili bizə nə təklif etdiyi ilə tanış deyiləm, lakin onu da qeyd etmək istərdim ki əgər mən və bakalavr təhsilimdəki qrup yoldaşlarımın çoxu, daha dəqiq desəm, 13 nəfər müxtəlif xarici ölkələrdə hal-hazırda təhsillərini davam edirlərsə, demək ki, bakalavr təhsilimiz kifayət qədər yaxşıdır, lakin bu o demək deyil ki, bununla kifayətlənməliyik. Fikrimcə, bakalavr təhsilim ərzində mənə çatışmayan ən lazımlı bir punkt har hazırda xaricdə təhsil alan, və yaxud təhsil almış əvvəlki tələbələrdən məsləhət və qeydlər idi. Digər bir punkt isə beynəlxalq imtahanlar və sertifikatlar  barədə maarifləndirmə və motivasiya idi. Düzdü, bunların hamısını özüm etməli idim, lakin düşünürəm universitetlər tələbələr üçün belə imkanlar yaratmalıdır.

 

–  Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

– Buna bir mənalı olaraq yox cavabı verəcəm. Təhsilə qayğı və dəyər təhsil aldığım universitetdə yüksək səviyyədədir. Qiymətləndirməyə gəldikdə isə tələbələrin çox üstünlükləri vardır. Əgər siz hər hansısa professor tərəfindən özünüzə qarşı haqsızlıq görürsünüzsə, bunu əsaslandırıb şikayyət etmək haqqınız var. Bu halda universitet çox ciddi bir komissiya yaradib sizin aranızda olan naralızığı aradan qaldırmağa çalışır. Belə hallara çox nadir rast gəlinir, amma burdakı tələbə yoldaşlarımın sözlərinə görə belə hallar olub.

 

– Rusiyada da bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər rusların sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

– Ənənələri qoruyan ailəliləərə hər yerdə rast gəlmək olar, lakin mən belələrinə burda rast gəlməmişəm. Eşitdiyim qədər deyə bilərəm ki Rusiyanın bəzi bölgələrində belə hallara rast gəlmək olar. Burda isə gənclər ailə qurmaq və istədikləri insanlarla yaşamaqda azaddırlar. Təbii ki çoxunun ailələrinin bundan xəbərləri olur və valideyinlər övladlarını oxumağa göndərəndə onlara güvəndiklərini deyirlər. Seçimlərində isə çox sərbəst və bəzən laqeyiddirlər, hətta bəzən biri-birilərinə qarşı o qədər qayğısız olurlar ki, asanlıqla ayrılıb həyatlarına davam edirlər. Ailə dəyərləri və sevgi anlayışı bizim gənclərdəm tamamilə fərqlənir.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Düzdür, ruslar heç də məsələdən xəbərsiz deyil, amma yenə də bu məsələni diqqətdə saxlamaq vacibdir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

-Təbii ki burdakı tanışlarım məndən bu barədə məlumat alanda onları bacardığım qədər maarifləndirməyə çalışıram, lakin universitetdə ab-hava tolerant olduğu üçün bu məsələ ilə bağlı geniş işlər aparıldığını müşaidə etməmişəm və əlbəttə ölkəm ilə bağlı  bir məsələ gördükdə həmin ‘event’-lərdə iştirak etməyə çalışıram.

 

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu, rəqəm maraqlıdır şübhəsiz ki. Siz dövlət hesabına təhsil alsanız da xərclər haqda danışa bilərsiniz.

-Bu rəqəm insanın gündəlik rutini və baş çəkdiyi yerlərdən asılı olaraq çox dəyişir. İlk öncə əgər universitet sizə yataqxana təklif edirsə, ondan yararlanmağı çox tövsiyə edirəm. Yataqxanaya ödədiyim məbləq ayliq 900 rubl edir. Yox, əgər yataqxanada yaşaya bilmiyəcəksinizsə, onu nəzərə almalısız ki, ev kirayə etdikdə siz özünüzdən əlavə bir nəfərnən həmin evi paylaşmalı olacaqsınız.  Əks halda, ev kirayəsi çox bahadır. Misal üçün universitetə yaxın ev təxminən sizə aylıq 20000 rubla başa gələcək və bu qiymət əgər evi kiminləsə paylaşsanız belədir. Tək qalacaqsınızsa, bu qiymət ikiqat olacaq.  Metro Bakıdan 3 dəfə bahadır yəni təxminən 56 rubl, lakin tələbələr üçün sosial kartlat hazırlanır, həmin kart ilə metronu aylıq 390 rubla əldə edə bilərsiz (limitsiz). Ərzaqları və digər məhsulları hesablasaq təxminən 10 000 – 15 000 rubl xərcləyəcəksiniz. Və təbii ki əyləncə. Bu isə tələbənin özundən asılıdır. Ortalama hesab ilə ayda 20000 – 30000 rubl xərciniz çıxacaq və bu məbləğ yataqxanada qalmaq və əyləncənizi çox şişirtməmək şərti ilə olacaq.

Ilkin

 

– Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

-İlk öncə arzuladığınız ölkədəki təhsilin hansı səviyyədə olduğunu müəyyənləşdirin. İkinci məsləhətim portfolionuzun kifayyət qədər güclü olması üçün beynəlxalq konfranslarda iştirak edin. İxtisasınız üzrə olan beynəlxalq sertifikatları (İELTS,GMAT, GRE, ACCA və s.) əldə edin. Motivasiya məktubları yazin, buna vaxtınızı əsirgəməyin. Göstəricilərinizi mümkün qədər yaxşı saxlayın və ən əsası özünüzdən əmin olun.

 

Söhbətləşdi: Tural Məmmədov

ilkin 3

 

ilkin 5

ilkin 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir