murebbe

Şəkərsiz mürəbbə reseptləri – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 610
Bu resept körpələr, şəkər xəstəsi olan hamilələr, diabetli insanların və sağlam mürəbbə  yemək istəyən hər kəs üçündür. Çünki bu mürəbbə içərisindəki şəkər miqdarının az olması səbəbi ilə qan şəkərinin tarazlığının təşkil edilməsinə köməkçi olur, qrip və soyuqdəymədə sizləri rahatlaşdırır, həzm sistemini asanlaşdırır, uşaqlarda immunitet sisteminin inkişafına kömək edərək onları qeyri-sağlam hava şəraitindən qoruyur.

Beləliklə, faydalarını bu şəkildə sıraladığımız şəkərsiz cemin reseptini “Gencaile.az” saytımın “Yeməyə nə var?” rubrikasında sizinlə bölüşürük:

 

Şəkərsiz çiyələk mürəbbə (cem) resepti:

Tərkibi:

4 stəkan əzilmiş çiyələk

stəkanın 4-də biri qədər limon suyu

1 stəkan bal

¾ stəkan su

 

Hazırlanma qaydası:

Çiyələkləri bal ilə qarışdırın. Suyu qaynadın və meyvələri su ilə qarışdırın. Limon suyunu da əlavə edib yaxşıca qarışdırıcı ilə əzin. Soyuducuda da saxlaya bilərsiniz.

 

Şəkərsiz portağal mürəbbə (cem) resepti:

Tərkibi:

5 ədəd orta ölçülü portağal

4 qaşıq bal

 

Hazırlanma qaydası:

Portağalları 8 dəqiqə qaynadın. Soyuduqda suyunu süzün və gözləyin. Portağalları bölüb orta hissəsini (nüvəsini) çıxarın və qabıqlarını da təmizləyin. Blender ilə əzin və balı əlavə edin. 25 dəqiqə zəif alovda  qarışdıraraq bişirin.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir