Saç tökülməsinin qarşısını necə almalı?

Baxış sayı: 4. 452

Normada insanın başından gündə 100-ə yaxın saç tökülür. Saçınızın nə dərəcədə tökülməsini müəyyən etmək istəyirsinizsə, bu təcrübəni həyata keçirin. Belə ki, barmaqlarınıza bir çəngə saç götürüb yüngülcə dartın. Əlinizdə qalan tük  2-dən azdırsa, o zaman qorxuya ehtiyac yoxdur. Yox, çox tük çıxarsa, o zaman saç tökülməsinin qarşısını almaq lazımdır.

Beləliklə, saçı möhkəmləndirməyin ilk variantı: aptekdən maye B vitamin qruplarını alın. Hər səfər başınızı yuyarkən bu yağ məhlullarından bir ovuc götürüb şampunla qarışdırın. Başınızı adi qaydada yuyun.

İkinci variant: çiy yumurtanı yarım stəkan qatıq və 1 xörək qaşığı kakao ilə qarışdırın. Alınmış məhlulu saçın kökləri və uzunluğu boyunca çəkin. Sonra başınızı polietilen, yaylıq və ya isti dəsmalla örtün. Maska başınıza 1 saatdan az qalmamalıdır. Saçlarınızı ilıq su ilə yuyun (başınızdakı yumurta isti sudan laxtalana bilər).

Bir ay müddətində başınızı hər yumazdan öncə bu maskanı çəkin. Bundan sonra saçlarınız tökülməyəcək.

Bundan əlavə, saç diblərinə ayıpəncəsi və qırmızı bibər yağı da sürtə bilərsiniz. Bu qatqı baş dərisini qıcıqlandırsa da, 5-10 dəqiqə dözmək lazımdır. Bu maska saç tökülməsini dayandırmaqla yanaşı, saçların uzanmasını tezləşdirir.

Saç üçün ən effektli maska isə atpıtrağı otunun kökündən hazırlanır. Bitki yağı, adi soğan suyu, isidilmiş bal (hərəsindən 1xörək qaşığı) və 1 yumurta sarısını qarışdırın. Alınmış məhlulu saç köklərinə sürtün. Başınızı dəsmalla bağlayaraq 30-40 dəqiqədən sonra yuyun. Proseduru həftədə 2 dəfə etsəniz, nəticəni 3 aydan sonra görə bilərsiniz. Saçınızdan soğan iyinin gəlməməsi üçün maskanı saçlarınızdan yuduqdan sonra yaxalanmaq üçün istifadə etdiyiniz suyun tərkibinə ətir vurun. /publika.az/




2 şərh “Saç tökülməsinin qarşısını necə almalı?

  1. Nigar Rasul

    mende veziyyet cox pisdi cox xais eliyirem mene degig bir yol gosterin cox qalin saclarim olub evvel deyirdim qoy biraz tokulsun seyrelsin indi o qalin saclardan eser elamet qalmiyib cox xais degig sinanmis bisey bilen varsa yazsin

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir