saç

Saçların gözəlliyi üçün çörək maskası

Baxış sayı: 1. 298

Çörək B qrupu vitaminlərlə olduqca zəngindir.

B qrupu vitaminləri saçlar üçün çox xeyirlidir – saçların strukturunu yaxşılaşdırır, saçların tökülməsini və saçların yağlılığını azaldır, baş dərisinə müsbət təsir edir.

Saçlarınızı daha möhkəm və gözəl etmək istəyirsinizsə, çörək maskalarından istifadə edin.

Quru qara çörəyi (1/2 çörək götürülür) axşamdan qaynar suda isladın (su çörəyin üstünə çıxana kimi götürülür). Səhər çörəyi blenderdə əzin və alınmış kütləni saçlarınıza çəkib əvvəl polietilen plyonka, sonra isə dəsmalla bağlayın. 1 saatdan sonra başınızı yuyun.

Saçlarınız yağlıdırsa maskaya 1/2 limonun şirəsini, saçlarını qurudursa, 1 xörək qaşığı gənəgərçək yağı əlavə edin.

Belə maskaları tez-tez edə bilərsiniz. Bir müddətdən sonra saçlarınızın vəziyyəti xeyli yaxşılaşacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir