Səhər yeməyində yumurtanı çayla içsəniz… – XƏBƏRDARLIQ

Baxış sayı: 1. 422

Mütəxəssislər xəbərdarlıq edir: səhər yeməyində yumurtanı çayla birlikdə qəbul etməyin.

Çünki çay yumurtanın tərkibində olan dəmirin bədən tərəfindən əmilməsinin qarşısını alır.

Məlumdur ki, dəmir qanda oksigen daşıyan hemoqlobin molekulunun istehsal edilməsi üçün lazımdır. Qanda dəmirin çatışmaması qan azlığına səbəb olur. Dəmir immun sistemi və zehni inkişaf üçün də lazımdır.

Çayın tərkibindəki tanen maddəsi isə yumurtadakı dəmirin həzm edilmədən atılmasına yol açır. Əgər çox içmək istəyirsizsə, limonlu çaya üstünlük verin. Dəmir tərkibli digər qida məhsulları ilə də çay içmək olmaz. Ancaq bir saat sonra çay içilə bilər. Uşaqların, yaşlı insanların, hamilələrin içəcəyi çay açıq və limonlu olmalıdır.

Xüsusən uşaqlar üçün protein və dəmir qaynağı olan yumurtanın bişirilməsində də bəzi detallara diqqət etmək lazımdır. Yumurtanı çox qaynatsanız, sarısının ətrafında yaşıl halqa yaranır. Bu da ləzzətini qaçırır və boyatmış dadı verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir