97

“Şəkər”li uşaqlar üçün gəlincik

Baxış sayı: 1. 437

ABŞ-da “American Girl Doll” şirkəti birinci qrup şəkər xəstəliyi olan uşaqlar üçün xüsusi gəlinciklər istehsal edir.

“Fox13news.com” saytı yazır ki, “Aliza” adlanan bu gəlinciklər uşaqların yaxın dostuna çevrilərək onların tənha olmadıqlarını hiss etdirəcək. Uşaq sevimli gəlinciyinin qan şəkərini ölçərək oyuncaq insulini və ya həbi ona verə biləcək.

Şirkətin “diabet gəlinciyi” istehsal etməsində əsas məqsədi uşaqlarda həkimə və müalicəyə olan qorxunu azaltmaqdır. Həkimlər düşünürlər ki, bu metod uşaqlar arasında maarifləndirici xarakter daşıyacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir