qarilla

Sərxoş qorilla fotoqrafa hücum etdi

Baxış sayı: 1. 690

Afrikanın Ruanda Respublikasının zooparklarından birində maraqlı hadisə yaşanıb.

“Gencaile.az” saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həmin zooparkda qorillanın fotolarını çəkməyə cəhd edən Kristof Kurto adlı fotoqraf gözlənilmədən sözügedən heyvanın hücumuna məruz qalıb.

Qorillanın yumruq zərbəsinə məruz qalan 46 yaşlı fotoqraf yüngül xəsarət alıb. Xatırladaq ki, aparılan araşdırmalardan sonra həmin qarillanın hadisədən bir müddət əvvəl tərkibində spirt olan bambuk bitkisini yediyi və bu üzdən əsəblərinin tarıma çəkildiyi məlum olub.

Hadisədən sonra yaşananlar haqqında danışan animalist “mən hiss etdim ki, onun bütün gücü və çəkisi mənə qarşı yönəlib. Bu qatar altına düşməyi xatırladırdı” deməklə vəziyyəti şərh edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir