azer bagirov

Sevgi münasibətlərinin psixologiyası – PSİXİATR YAZIR

Baxış sayı: 1. 363

Sevgi münasibətlərimdə çətinlik yaşayıram, bununla əlaqəli nə edə bilərəm? İnsanlar sevgi münasibətlərində hisslərə üstünlük verməyə meyillidirlər. Hisslər sevinc, coşqu, həvəs ola biləcəyi kimi, gərginlik, əsəb, ümidlərin puç çıxması da ola bilər. Bu hisslərə qapıldığımızda, hisslərimizin dalınca gedib emosional (məntiqli olmayan, rasional  məntiqə dayanan) qərarlar verəmək seçimimiz var. Ancaq beynimizin bir addım dala çəkilərək, bu hisslərin öhdəsindən necə gələ biləcəyimizi düşünmək qabiliyyəti də var və bu şəkildə yanaşma şüurlu münasibət qavramı adlanır. Çünki çox vaxt münasibətlərimizi daha yaxşılaşdırmaq üçün hər hansı bir addım atmarıq. Əgər münasibətlərimiz pisə doğru gedirsə, sadəcə “sevgi öldü” deyib bitirməyə meyilli oluruq. Sanki sevgi içimizdən gələn bir gücdür və artması və azalması üçün edə biləcəyimiz heç bir şey yoxdur. Aradakı ehtiras azaldığında isə cütlüklər bu işin qaydası belədir” şəklində yanaşırlar. Əslində isə həm sevginin, həm ehtirasın işləyiş şəkli belə deyildir. Hər iki duyğunun artması və azalmasının arxasında bir çox səbəblər dayanır və bunlar psixoloji olaraq öz təsdiqini tapmışdır. Arxa planda bir birinə qarşı qəzəb, inciklik olduğunda insanlar yaxınlıq edə bilməzlər. Yəni belə hallarda, işin psixoloji tərəfi daha önəmli hala gəlir, ancaq cütlüklər bu haqda demək olar ki heç danışmırlar. Digər tərəfdən, bir vaxt gəldiyində, xüsusi ilə qısa müddətli münasibətlər yaşandıqdan sonra, “mən uzunmüddətli münasibət istəyirəm”,  deməyə başlayır. Mütəmadi olaraq həyatlarına yeni bir insan daxil etmək istəmədiklərini, özünü başqalarına anlatmaqdan yorulduqlarından şikayət etməyə başlayırlar. Halbuki münasibət hormonlar tərəfindən idarə olunan, o an ürəyimizə dolmuş gizəmli, ilahi bir güc deyildir. Psixoloji aspektdən baxıldığında ikili münasibət öz məntiqi dinamikaları olan, sözlərlə ifadə edilə bilən, başa düşülə bilən, müzakirə edilə bilən bir prosesdir.

Bəzi insanlar isə “mən niyə başqa biri ilə yox, bu insanla birlikdəyəm” sualını özlərinə verirlər. Xüsusi ilə böyük şəhərdə yaşamaq və sosial medianın gətirdiyi daha çox seçimlə əhatə olunmuş olmaq bu düşüncəyə təkan verir. Çox vaxt verilən cavab isə “səhv seçim etmişəm, mənə uyğun olmayan biri ilə birlikdəyəm” olur. Dünyada bir yerdə bizə daha çox uyğun gələcək birinin olması fikri cəzbedici gəlir. Çünki uzun müddətdir yanında olduğumuz insanı, kinoteatrda ən qabaqdakı sıradan izlədiyimiz kimi çox yaxından izləyirik. Bu səbəbdən yad insanlar daha xoş, daha asan münasibıt qurula biləcək insanlar kimi gələ bilər. Ancaq hər bir insan müxtəlif qatışıqları, çətinlikləri özündə daşıya bilər, bu sizin partnyorunuzdan fərqli bir qatışıqlıq ola bilər, ancaq tanıdıqca ilk görüşdə nəzərə çarpmayan bir çox şeylə qarşılaşacağımızı bilmək vacibdir. Nəticə olaraq heç bir cütlük ayrılmamalıdır, yaxud bütün münasibətlər ömür boyu davam etməlidir şəklində bir şey deməyəcəm, ancaq sevginin necə olması lazımdır tərifinin bir az dəyişdirilməsinə ehtiyac olduğu görülür

 

Psixiatr, Uzman Həkim Azər Bağırov

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir