tualet

Sidiyi saxlamaq nə ilə nəticələnə bilər?

Baxış sayı: 553

Uzun müddət sidiyi saxlamaq sidik kisəsinin divarlarının uzanmasına səbəb olur, nəticədə isə orqan fəaliyyəti pozula bilər.

Bu barədə “Moskva danışır” radiostansiyasının efirində uroloq Timur İsayev danışıb.

“Gələcəkdə sidik kisəsi öz funksiyasını itirə bilər. Sidik kisəsi əzələli orqandır. O, büzülür, uzananda sidik kisəsinin divarı dəyişir, sonra ciddi problemlər yarana bilər. Kəskin arıqlamaq da böyrəklərin fəaliyyətinə pis təsir göstərir, odur ki, artıq çəki tədricən itirilməlidir. Orqan yağ toxumasının ətrafında yerləşdiyindən kəskin çəki atmaq və yağ miqdarının azalması ilə böyrək aşağı düşməyə başlaya bilər”, – həkim izah edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir