xatire mirzeliyeva

Sinifdə dərsin fərdiləşdirilməsi

Baxış sayı: 533

Məktəblərdə dərs prosesi audutoriya üçün nəzərdə tutulsa da, hər bir dərsin fərdiləşdirilməsi zəruridir. Belə ki, insanlar,  xarakterlər,  potensiallar  müxtəlif  olduğu kimi şagirdlərin də öyrənmə qabiliyyətləri, öyrənmələrinin sürəti və təhlil etmə bacarıqları müxtəlifdir. Dünya çapında təcrübələrə əsasən məlum olub ki, şagirdlərin öyrənmələri onların fizioloji və psixoloji sağlamlığından, yaşadığı cəmiyyətdən, ailəsindən, ətraf mühitindən, hətta əlaqədə olduğu dost və tanışlarından çox aslıdır.

Hər bir müəllim öz növbəsində dərsin öyrədilmə planını hazırlayarkən bütün bu amilləri nəzərə alaraq dərsi bir neçə variantda şagirdlərinə sunmalıdır. Məsələn, bəzi şagirdlər fiziki kitab oxuyaraq daha gözəl öyrənirsə, bir qisim şagird onlayn kitab oxuyaraq daha gözəl öyrənir, bəzi şagirdler filmlərlə görüntülü öyrənməyə üstünlük verirsə, bəziləri kitaba daha çox üstünlük verir. Bir qisim şagird isə şəkilli dokumentlərin öyrədici metodunu daha çox dəyərləndirirlər. Uzun illər müəllimlik təcrübəmə əsasən belə qənaətə gəlirəm ki, şagirdlərin ən böyük qismi gözəl bir pedaqoqun dərs izah etməsini ən gözəl və əvəzolunmaz bir dərslik kimi qiymətləndirirlər.

Şagirdlərin fiziki-psixoloji vəziyyəti dedikdə isə onların diaqnozları, görmə qabilliyyətləri və sağlamlıqlarında olan digər problemləri, konsentrasiyaları (diqqət cəmləmə), sinif yoldaşları ilə olan münasibətlərə görə sinif otagında yerləri və s. nəzərə alınır. Bütün bunlar isə öz növbəsində öyrənmə prosesində nəzərə alınacaq ən əsas faktorlardır desək, yanılmarıq.

ders

Şagirdlərin öyrənmə prosesində  birinci dərəcəli amil müəllim-şagird münasibətidir ki, bunun da bütün məsuliyyəti pedaqoqun üzərinə düşür. Belə ki, pedaqoq ən esası güclü bir psixoloq olmalıdır ki, şagirdlərinin bütün sevgi və rəğbətini qazanaraq çox böyük nailiyyətlərə imza ata bilsin.

Öyrənmə prosesini inkişaf etdirmək üçün daim inkişafda olan zamanın nəbzini tutmaq lazımdır, yəni biz müəllimlər birgə əməkdaşlıq edərək hər zaman, hər gün axtarışda olaraq, dünyanın ən qabaqcıl tədris və təhsilinin sirlerini araşdırıb öyrənərək öz dərslərimizdə bu metodikalardan istifadə etməliyik. Əgər belə etsək, əminəm ki, təhsilimizdə həddindən artıq nailliyyətlər əldə edəceyik.  Çünki Azərbaycan şagirdi dünyanın ən çalışqan şagirdlərindəndir!

 

Xatirə Mirzəliyeva

kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir