serab-sokalad

Şokolad və şərab virusları öldürür

Baxış sayı: 159

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin alimləri üzüm və kakaonun tərkibindəki fenol birləşmənin-resveratrolun antivirus xüsusiyyətinə malik olduğunu müəyyən ediblər.

Tədqiqatçılar inək çiçəyi virusuna yoluxmuş insan hüceyrələrinə bu kimyəvi birləşməni yeridiblər. Məlum olub ki, hüceyrələrdə resveratrolun səviyyəsinin yüksək olması yoluxmanın ilkin mərhələlərində virusların çoxalmasının qarşısını alır.

Meymunlar üzərində aparılan tədqiqatlarda resveratrolun meymun və insanların yoluxduğu meymun çiçəyi virusu ilə mübarizədə effektiv vasitə olduğu aşkarlanıb. Bu virusa yoluxanların 10% aqibəti ölümlə nəticələnir.

Britaniya Universitetinin tədqiqatçıları resveratrol maddəsinin MRNT (matriks ribonuklein turşular) prosesinin normallaşmasına, splaysinq faktorunun aktivliyinə təsir etdiyini müəyyən edib.

Bu hüceyrələrin cavanlaşmasına və ömürünün uzanmasına səbəb olur. Eyni zamanda, resveratrol maddəsi yağları əridir, ağ piy toxumasının orqanizm üçün faydalı qonur piy toxumasına çevrilməsinə imkan verir.

Resveratrol bir sıra bitkilərin parazitlər, bakteriya və göbələklərdən qorunmaq üçün ifraz etdiyi maddədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir