geyim

Solğun payız günlərində dəbli görünməyin SİRRİ – FOTOLAR

Baxış sayı: 85

Yeni mövsümdə dizaynerlər olduqca əlverişli, payız üçün atipik olan rəng çeşidləri ilə bizi təəccübləndirməyə hazırlaşır. Bunlar adi payız palitrasından fərqlənir, kolleksiyalarda çox sayda açıq ton, qəhvəyi rəngli çalarlar, klassik qara, ağ və boz yer alır.

“Gencaile.az” saytı “Publka.az”-a istinadən xəbər verir ki, gələn payızda qarderobunuzun müxtəlifləşdirilməsində xüsusilə 5 əsas rəng böyük rol oynayacaq. Gəlin onlarla tanış olaq…

 

Haki

Kamuflyajı xatırladan belə yaşıl tonundakı paltarlar baza rənglərini əvəz etmək istəyənlər, lakin hələ də cəsarətli təcrübələrə qərar verməyənlər üçün idealdır. Dizaynerlər bu rəngi əsasən üst geyimlərində – palto və kurtkalarda istifadə edirlər. Beləliklə, klassik qara geyimləri təzə və orijinal rənglərlə dəyişdirməyin vaxtı gəldi.

 

Göyün 50 çaları

Mavi çalarlar rəsmi olaraq bu mövsümün qalibidir. Təəccüblü deyil, Pantone İnstitutuna görə “klassik mavi” 2020-ci ilin trend rəngidir. Mavi sükunət və əmin-amanlığın rəngi hesab olunur. Odur ki, mavinin trend seçilməsi təsadüfi deyil, yayla vidalaşdıqdan sonra sakit həyatdan savayı daha nə ehtiyacımız olacaq? Ancaq dizaynerlər yalnız klassik mavi ilə məhdudlaşmayıb, göyün bir çaları eyni dərəcədə aktual olacaq. Dəbin diktəsi aydındır, mavinin ahəngi bu payızın alış-verişində xüsusi yer tutmalıdır.

 

Qızılı

Yeni mövsümdə Yeni il atmosferinin məftunedici parlaqlığı bizi gözləyir – dizaynerlərin kolleksiyalarında nağıl qəhrəmanlarının obrazlarını yada salan çoxsaylı parlaq nümunələr var. Əlbəttə ki, qızılı paltar ofis geyim koduna çətin uyğunlaşacaq, ancaq sizi istənilən ziyafətin əsas ulduzu edəcək. Boz gündəlik həyatınıza işıq əlavə etmək istəyirsinizsə, qızılı-gümüşü şalvarları, donları və köynəkləri diqqətlə nəzərdən keçirin. Bu, məclisin bütün qonaqlarını heyrətləndirmək üçün ən əlverişli və ən aydın yoldur.

 

Alqırmızı

Sözsüz ki, payızın tutqun, solğun günlərini ancaq qırmızı ilə rövqləndirmək olar. Qarşıdakı aylarda qırmızının şərab versiyasından tutmuş ən cəlbedici tonlarına qədər aktual olacaq. Belə görünür ki, qırmızı gözləri cəlb etmək üçün yaradılıb, hazır olun ki, diqqətdən kənar qalmayasınız.

 

Sarı

Bu günəşli rənglər 2020-ci ildə hər kəsin diqqətini çəkdi, səssiz rənglərin fonunda onlar ən parlaq nöqtəyə çevrildi. Payız üçün dizaynerlər sarının monoxrom versiyasını təklif edirlər. Belə bir ümumi görünüş yağışlı payız günləri üçün praktik adlandırıla bilməz, ancaq bozun vəhdəti ilə ideal ahəng yaratmağa qadirdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir