Antibiotik

SOS: Bunlardan istifadə etməyin – ORQANİZMİ MƏHV EDİR

Baxış sayı: 1. 023

Qarşısı alınmasa, 10 milyon insan antibiotikdən istifadə etdiyinə görə öləcək. Bu fikirləri Türkiyədə keçirilən “Antibiotikdən istifadə” adlı dəyirmi masada professor həkim Özləm Kürt Azap deyir. Həkim bildirir ki, antibiotiklərdən istifadənin qarşısı təcili şəkildə alınmalıdır.

Antibiotiklərin insan orqanizminə dağıdıcı təsiri ilə bağlı ilk dəfə deyil ki, mötəbər qurumlardan xəbərdarlıq edilir. Maraqlıdır ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, Azərbaycanda həkimlərin ən çox üstünlük verdiyi müalicə metodları sırasında antibiotiklər yenə də birinci sırada yer alır.

Professor Adil Qeybulla məsələ ilə bağlı açıqlamasında bildirir ki, Azərbaycanda abtibiotikdən həddən artıq və bəzən həkim təyinatı olmadan istifadə edilir:

“Azərbaycanda antibiotikdən həddən artıq çox istifadə edilir. Bu keçmiş sovet dönəmindən qalma bir “ənənədir”. Antibiotiklərdən yersiz istifadə nəticəsində orqanizmdə antibiotiklərə qarşı həssaslıq itir və yeni nəsil antibiotiklərin yaranmasına ehtiyac yaranır. Əgər xəstədə konkret infeksiya varsa, həmin virus tapılmalı və ona uyğun antibiotik təyin olunmalıdır. Bizdə bir az qızdırması və ya soyuqdəyməsi olan adamlar da dərhal antibiotikdən istifadə edirlər. Antibiotikə meyillilik immun sistemini aşağı salır. Bu da zamanla qulaqda, böyrəkdə problem yaradır”.

A.Qeybulla bildirir ki, buna qarşı tədbirlər görülməlidir:

“Qərb ölkələrində abtibiotiklər protokolla tətbiq edilir. Həkim məsləhəti olmadan antibiotik satılmır. Bir çox Asiya və keçmiş sovet ölkələrində isə abtibiotikdən istifadə pərakəndə və qeyri-protokol şəklindədir. Bunun qarşısı alınmlıdır”.

Qeyd edək ki, bakteriyaların törətdiyi xəstəlikləri sağaltmaq üçün istifadə olunan dərmanlar arasında birinci sırada antibiotiklər dayanır. Onlardan istifadəyə 1940-cı ildən etibarən başlanılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir