ideya

Startap ideyanı necə tapmalı?

Baxış sayı: 507

Startap ideyanı tapmağın ən yaxşı yolu bu barədə düşünməməkdir. Problemi tapın və bu problem sizin özünüzdə varsa ideyanız daha da uğurlu ola bilər. “İki sahil” Milli.Az-a istinadən xəbər verir ki, ən yaxşı startap ideyalarında ortaq 3 şey var: təsisçilərin özlərinin ehtiyac duyduğu bir şeydir; özləri onu yarada bilərlər; və əlavə bir neçə nəfər üçün bu ideyanın həyata keçməsi maraqlı gəlir.

1. İDEYA JURNALI TUTUN – Həmişə yanınızda ideya jurnalı gəzdirin ki, gündəlik həyatınızda gördüyünüz problemləri ora qeyd edəsiniz və daha sonra həmin problemləri analiz edəsiniz. Gündəlik üzləşdiyimiz hər bir problem gələcəyin Unicorn’udur (milyard dollarlıq şirkət). Buna misal olaraq hər-hansı problemi həll edən startapı gətirə bilərik. Məsələn UBER daha rahat, tez və ucuz qiymətə taksi tapmaq problemini həll edir. Çox sadə səslənsə də hal-hazırda bu, milyard dollarlıq ideyadır.

2. DİGƏR İŞLƏRDƏN UZAQ DURUN – Startap qurmağa qəti qərar vermisinizsə 9/6 işinizdən ayrılmağınız və o haqda düşünməməyiniz çox vacibdir. İdeya startapın uğurunda böyük hissəsini təşkil etməsə də, bəzən ən həlledici məqamlarda böyük rol oynayır. Kənar işlərdən özünüzü uzaq tutun və tapdığınız problemləri dərindən analiz eləmə çalışın.

3. GƏLƏCƏKDƏ YAŞAYIN – Gələcəkdə yaşayın və nəyin çatışmadığını təyin edin. Qəribə səslənsə də siz gələcəyi görməlisiniz və növbəti 5-10 ildə nəyin trend olacağını bilməlisiniz. Trendləri tapa bilsəniz onlara uyğun uğurlu startap qurmaq şansınız daha çoxdur. Burada misal olaraq Instagram’ı göstərmək olar. Ağıllı cihazların artması və hər yeni nəsil smartfon modeli ilə kameraların daha da keyfiyyətli olması insanların çəkdikləri şəkilləri paylaşmağa bir platformanın olmasına zərurət yaratdı. Instagram’ın da qurucuları gələcəyin trendlərini görərək platformanı quraraq 2012-ci ildə $1 milyarda Facebook’a satdılar.

4. DAİMA PROBLEM AXTARIN – Gündəlik həyatınızda səhərdən axşama kimi baş verən bütün hadisələrdə yaranmış problemlərə diqqət edin. Problemin sizə də təsir etməsi və elə sizin təcrübənizdə yaşanması həmin problemin həllinin ən optimal və düzgün şəkildə verilməsinə kömək edəcək. Ətrafınızdakı insanların da problemlərinə diqqət edin və araşdırın.

5. ƏTRAFINIZDAKILARLA DANIŞIN – Ağlınıza ideya gəldikdə onu ətrafınızdakılarla bölüşməkdən çəkinməyin. İdeyanızı bölüşün və insanlardan səmimi rəylər verməklərini istəyin. Onların rəyləri əsasında ideyanızı formalaşdırın və startapınızı qurun. Burada iki maraqlı məqam ortaya çıxır. Biri çox vaxt startaplarla işlədiyim zaman səsləndirilən “ideyamı oğurlayacaqlar” fikridir. Yadda saxlayın dostlar, ideya işin çox kiçik hissəsidir, əsas onun icra hissəsidir. Sizi inandırım ki, sizin də təklif etdiyiniz ideya unikal deyil və 7 milyard insanlar arasında eyni ideyası olanlar var. İkinci əsas məsələ isə ideyanızı dedikdən sonra rəyləri yaxınlarınızdan almayın. Onlar hər zaman sizə dəstək olmaq üçün müsbət rəy bildirəcəklər və bu da sizin işinizə yaramayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir